BSU-da Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr edilmiş tədbir

Tədbirdə YAP icra katibinin müavini Siyavuş Novruzov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Rəna Əliyeva, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Sahibə Qafarova, Sevinc Fətəliyeva və başqaları iştirak edirdilər.

Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Sonra tədbirin rəsmi hissəsi universitetin konfrans zalında davam etdi. Konfransı açıq elan edən universitetin rektoru, professor Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının ötən 25 il ərzində müasir Azərbaycanın dinamik inkişafında oynadığı son dərəcə mühüm rolundan bəhs etdi. O, ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizi bir çox sınaqlardan uğurla keçirdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirdi. N.Əliyeva bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında YAP-ın milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verdiyini qeyd etdi. O, ölkə başçısının səsləndirdiyi “YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır” fikrini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

N.Əliyeva Yeni Azərbaycan Partiyasının gənclər siyasəti və yeni nəslə qayğısı barədə danışarkən Azərbaycanın ilbəil artan iqtisadi qüdrətinin gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasında, sosial problemlərinin həllində mühüm rol oynadığını nəzərə çatdırdı.

Ölkəmizin müdafiə qüdrətinin güclənməsində Azərbaycan gəncliyinin mühüm rolundan danışan N.Əliyeva ötən ilin aprel ayında baş verən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlığı tarixi bir nümunə kimi dəyərləndirdi və bildirdi ki, Silahlı Qüvvələrimizin gücü ilə biz qısa zamanda torpaqlarımızı bütünlüklə düşmən tapdağından azad edə bilərik.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışına ulu öndərin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid bəzi faktları sadalamaqla başladı. O, ümummilli liderin bütün zamanlarda – həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanda dövlət quruculuğu dönəmində xalq sevgisi və məhəbbəti ilə əhatə olunduğunu diqqətə çatdırdı.

Natiq YAP-ın idarəçilik illərini Azərbaycanın şərəf tarixi kimi dəyərləndirdi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışına ölkə başçısının bu günlərdə YAP-ın 25 illik yubileyi ilə bağlı məruzəsində irəli sürülən müddəalarla başladı. O, Prezidentin çıxışının proqram xarakterli olduğunu və partiyanın hər bir üzvünün qarşısında konkret vəzifələr qoyduğunu bildirdi.

BSU-da YAP-ın sədri Sevinc Axundova, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov çıxışlarında bu gün ölkədə gedən quruculuq və abadlıq işləri barədə məlumat verdilər.

BSU-nun tələbəsi Sevinc Əlizadə Yeni Azərbaycan Partiyasının gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd etdi.

Tədbirin gedişində YAP-a üzv olmaq üçün müraciət edən 19 nəfərə partiyanın üzvlük vəsiqəsi təqdim edildi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında