ADA Universitetində beynəlxalq təhsil üzrə amerikalı ekspertin məruzəsi dinlənilib

Beynəlxalq təhsil həftəsinin qeyd edilməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyi Monterey Beynəlxalq Araşdırmalar Mərkəzinin Middlebury İnstitutundan beynəlxalq təhsil üzrə ekspert Devid Vikin seminarlarını təşkil edib.

AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Devid Vik ADA Universitetində beynəlxalq təhsilin çağdaş tendensiyaları və perspektivlərinə dair məruzə ilə çıxış edib. Tədbirdə ADA Universitetinin müəllimləri, tələbələr iştirak ediblər. Ekspert Azərbaycanın beynəlxalq səviyyədə tələbə, təhsil mübadiləsi sahəsində oynaya biləcəyi rol və bu istiqamətdə qazana biləcəyi üstünlüklər, beynəlxalq təhsilin dəyişdiyi tendensiyalar, beynəlxalq səviyyədə evdə təhsil, şəxsi təcrübə haqqında məlumat verib.

Devid Vik deyib ki, Azərbaycana səfərinin məqsədi peşəkar heyətlə, təhsil müəssisələri ilə mübadilə proqramlarına dair müxtəlif imkanları müzakirə etmək və əlaqələr qurmaqdır. Görüşlərlə bərabər, həmçinin Bakıda təhsil sahəsində çalışan müxtəlif peşəkarlar üçün seminarlar və təlimlər təşkil edilir. Təlimlərin əsas mövzuları Azərbaycana səfər edən amerikalı tələbələrə dəstək, onların burada təhsil almaq imkanları, eyni zamanda, beynəlxalq təhsil üzrə strategiyanın inkişaf etdirilməsidir.

Devid Vikın seminarları ali təhsil müəssisələrinə beynəlxalq tərəfdaşlar və tələbələr cəlb etməyə kömək etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, ekspert indiyədək ABŞ-da və digər ölkələrdə müxtəliflik, bərabərlik, sosial ədalət, marketinq, məsləhət, menecment mübadiləsi, proqram dizaynı, tədris mövzularında seminarlar keçirib.

Onun indiyədək Azərbaycanda seminarları ABŞ səfirliyində, Azərbaycan Dillər Universitetində və Bakı Amerika Mərkəzində keçirilib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında