AMEA Rəyasət Heyətinin iclasında Aşqarlar Kimyası İnstitutunda aparılan tədqiqatlar barədə məruzə dinlənilib

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin “Yeni bioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib. Akademik vurğulayıb ki, müxtəlif kimyəvi mənşəli üzvi birləşmələr olan bioloji fəal maddələr biokimyəvi proseslərə stimullaşdırıcı və ya dəfedici təsir göstərə bilər. Karbohidrogen təbiətli maddələrin mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olduğunu deyən V.Fərzəliyev diqqətə çatdırıb ki, mikrobioloji zədələnmə nəticəsində həmin maddələr yararsız vəziyyətə düşür və böyük maddi itkiyə gətirib çıxarır. Bu problemi aradan qaldırmaq üçün ən səmərəli yol bioloji fəal maddələrdən – biosidlərdən istifadə etməkdir. İnstitutda neft məhsullarının biosidlər vasitəsilə mikrobioloji zədələnmədən mühafizəsi istiqamətində elmi işlər aparılır, çoxlu sayda bioloji fəal üzvi birləşmələr sintez olunur, bir neçəsi isə artıq tətbiq edilir.

Məruzə ətrafında müzakirələr aparılıb. Rəyasət Heyəti Aşqarlar Kimyası İnstitutuna yeni üzvi birləşmələrin bioloji fəallığının tədqiqinin davam etdirilməsi, bioloji fəal üzvi birləşmələrin sintezi, onların quruluşu və tərkibi ilə bioloji fəallığı arasında asılılığın öyrənilməsi sahəsində elmi-tədqiqat işlərinin praktik məqsədlərə yönəldilməsi barədə tapşırıq verib. Həmçinin Kimya Elmləri Bölməsi ilə Biologiya və Tibb Elmləri Bölməsinə bioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən aparılan müştərək tədqiqatların davam etdirilməsi və alınan nəticələrin tətbiq problemlərinin həll olunması tapşırılıb.

Rəyasət Heyəti Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, onun əsərlərinin oncildliyinin nəşrə hazırlanmasını qərara alıb. Bununla bağlı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinə müvafiq tapşırıqlar verilib.

Daha sonra Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planı müzakirə edilib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə hazırlanan tədbirlər planında Hüseyn Cavid irsinə və yaradıcılığına həsr olunan sərgi, elmi sessiya və konfransların keçirilməsi, ədibə həsr olunan monoqrafiyaların yenidən nəşri və digər məsələlərin yer aldığını bildirib. 

Tədbirlər planı müzakirə edildikdən sonra təsdiqlənib. AMEA-nın əlaqədar institutlarının rəhbərlərinə planın icrası ilə bağlı tapşırıqlar verilib.

Sonda kadr məsələsinə baxılıb. 

AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar

Təqvim

Hava haqqında