Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Noyabrın 15-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, kollegiya üzvləri ilə yanaşı, nazirliyin struktur bölmə rəhbərlərinin, ali məktəb rektorlarının iştirak etdikləri iclasda təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Nazirliyin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun yekunları, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin təsdiqi barədə məruzə ilə çıxış edib.

Təhsil nazirinin müavini Mətin Eynullayev Rektorlar Şurasının yaradılması ilə bağlı məlumat verib.

İclasda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış ediblər.

Sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri barədə çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.

M.Cabbarov iclasda məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Kollegiya iclasında Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra təsdiqlənib, eləcə də 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

İclasda Naxçıvan Dövlət Universitetinin 50, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyləri münasibətilə rektorlar Saleh Məhərrəmova və Elxan Hüseynova Təhsil Nazirliyinin fəxri fərmanı, həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülən Xanhüseyn Kazımlıya dövlət təltifi təqdim edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında