“Elm aylığı” UNEC-də elmi tədqiqata marağı artırıb

Noyabrın 10-da UNEC-də Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan “Elm aylığı”nın yekun tədbiri keçirilib.

Rektor, professor Ədalət Muradov tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-in təhsil, tədqiqat və sahibkarlıq elementlərini özündə ehtiva etdiyini bildirib. Ənənəvi olaraq hər il UNEC-də keçirilən “Elm aylığı” çərçivəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu, tədqiqatların keyfiyyətinin artırıldığını diqqətə çatdıran Ə.Muradov, bu istiqamətdə  Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib. Ə.Muradov UNEC-də aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsinin və elm aləmini maraqlandıran mövzuların mütəmadi müzakirəsinin vacibliyini vurğulayıb.

UNEC-də həyata keçirilən üç elmi tədqiqatın universitetin büdcəsindən maliyyələşdiriləcəyini bildirən rektor, təhsilin keyfiyyətinin artım dinamikasına da diqqət çəkib. O, UNEC-in elmi potensialını yüksək qiymətləndirərək, Bilik İqtisadiyyatı Konsepsiyasının məhz burada hazırlanması təşəbbüsünü də irəli sürüb.

UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli “Müasir təhsilin keyfiyyət indikatorları və onun iqtisadi artımda rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Elmin populyarlaşmasının dünya əhalisinin inkişaf indeksinin yüksəldilməsində əvəzsiz rol oynadığını bildirən professor, təhsilin keyfiyyətinə təsir edən amillər, təhsilə yönəldilən ümumi dövlət xərclərinin iqtisadi artıma təsirini təhlil edib, statistik göstəricilərini açıqlayıb. Y.Həsənli təhsil xərclərinin ÜDM-ə təsirinin elmi əsaslarla ekonometrik qiymətləndirilməsinin mümkünlüyünü bildirərək, Azərbaycan da daxil olmaqla, 18 ölkə üçün hazırlanan modeli təqdim edib, müqayisəli təhlil aparıb.

Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-də “Elm aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə hesabatla çıxış edib. O, UNEC-in professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsinin keçirildiyini bildirib. Müsabiqəyə 165 məqalə təqdim edildiyini diqqətə çatdıran professor, nəticələri ötən illə müqayisə edərək, UNEC-də elmi tədqiqata marağın daha da artdığını vurğulayıb.

Sonda elmi müsabiqənin qaliblərinə diplom və sertifikatlar təqdim edilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında