MDU-nun Bakı şəhərindəki filialında Beynəlxalq “Coğrafi İmla – 2017” dərsi keçiriləcək

2017-ci il noyabrın 26-da yerli vaxtla 12:00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı Rus Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən artıq üçüncü dəfə təşkil edilən “Coğrafi İmla – 2017” adlı unikal beynəlxalq layihədə iştirak etmək arzusunda olan hər kəs üçün belə bir imkan yaradacaq.

Ümumrusiya Coğrafi imla dərsi ilk dəfə 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti V.V.Putinin təşəbbüsü ilə keçirilib. 2017-ci ildə bu imla artıq beynəlxalq səviyyəyə çatıb və bu il noyabrın 26-da dünyanın 20-dən çox ölkəsində (o cümlədən, Rusiya, Azərbaycan, Argentina, Çex Respublikası, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Monteneqro və digər ölkələrdə) bu imla dərsinin keçirilməsi məqsədilə məxsusi olaraq hazırlanmış regional məkanlar fəaliyyət göstərəcək.

Həmin gün M.V.Lomonosov adına MDU-nun Bakı şəhərindəki filialının tədris korpusunun auditoriyalarında Rusiya coğrafiyasına aid beynəlxalq imla dərsi keçirilməsi üçün hər cür şərait yaradılacaq. İmla dərsi rus dilində keçirilir, könüllü və pulsuzdur.

Yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq rus dilini bilən və imla dərsində iştirak etmək istəyən hər kəs bu dərsin iştirakçısı ola bilər. Mürəkkəblik dərəcəsi müxtəlif olan 30 tapşırıqdan ibarət imla coğrafi anlayışlar və terminlər, əsas coğrafi qanunauyğunluqlar, coğrafi obyektlərin xəritədə yerləşməsi barədə biliklərin və bu bilikləri praktikada tətbiq etmək bacarığının yoxlanılmasını əhatə edir.

İmla başlanmazdan əvvəl hər bir iştirakçıya imla yazmaq üçün çap olunmuş şəkildə blank, imla tapşırıqlarının yazıldığı blank və həmin blankın doldurulmasına dair şifahi təlimat verilir. İmla iştirakçıları tərəfindən tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İştirakçıların təlimatlandırılması da daxil olmaqla imlanın keçirilməsi üçün ayrılan ümumi vaxt 60 dəqiqədir.

Hər bir iştirakçıya fərdi eyniləşdirmə nömrəsi verilir. İmla yazmaq üçün blank alındıqda həmin nömrə bu blanka yazılır. Eyniləşdirmə nömrəsi blankın kəsilərək imlanın iştirakçısında qalan vərəqdə də təkrarlanır. İştirakçı həmin vərəqdəki nömrə əsasında öz cavabının nəticəsini http://dictant.rgo.ru saytında yoxlaya bilər.

İmla üçün verilən balların ümumi sayı 100-dür.

İmla dərsinin iştirakçısı olmaq üçün MDU-nun Bakı şəhərindəki filialının elektron poçtuna ([email protected]) müraciət etmək və məktubun mövzusu yerində “Diktant” sözü yazmaq lazımdır.

Məktubda iştirakçının soyadı, adı və atasının adı, yaşı, təhsil aldığı və ya işlədiyi yer göstərilməlidir. İmlanın iştirakçısı dərsə gələrkən şəxsiyyətini təsdiq edən sənəd götürməlidir. Düzgün cavablar 2017-ci il dekabrın 1-də http://dictant.rgo.ru saytında dərc ediləcək.

2015-ci və 2016-cı ildə təklif edilmiş tapşırıq variantları ilə http://dictant.rgo.ru saytında tanış ola bilərsiniz.

İmla dərsi bu ünvanda keçiriləcək: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi 1, M.V.Lomonosov adına MDU-nun Bakı şəhərindəki filialının kampusu.

Əlavə məlumat üçün telefon: (+99412)598-93-20.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək imla dərsinin iştirakçıları üçün aşağıdakı qrafik üzrə pulsuz xidməti avtobuslar ayrılacaq:

Elmlər Akademiyası parkından (Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) Xocəsən qəsəbəsində MDU-nun filialının kampusuna qədər gedən avtobusların yola düşməsi: 10:30.

MDU-nun filialının kampusundan Elmlər Akademiyası parkına (Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) qədər gedən avtobusların yola düşməsi 13:30-14:00.

Məkanın iş qrafiki:

11:00 – məkanın işə başlaması;

11:00-12:00  - iştirakçıların toplanması, qeydiyyatı və imla yazmaq üçün blankların verilməsi;

12:00-12:15 – imla yazmaq üçün blankların doldurulmasına dair təlimat;

12:15-13:00 – imlanın yazılması;

İmla tapşırıqlarının oxunuşu başa çatandan sonra iştirakçılara öz işinin tərtibatını başa çatdırmaq üçün 5 dəqiqə əlavə vaxt verilir;

13:00-13:10 – doldurulmuş imla blankların yığılması;

13:10 – məkanın bağlanması.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında