Məktəblərdə İslam həmrəyliyi mövzusunda tədbirlər

Paytaxt məktəblərində “İslam Həmrəyliyi ili” çərçivəsində silsilə tədbirlər keçirilir.  

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumi təhsil müəssisələrində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş konfrans, “Dəyirmi masa”, mühazirə, seminar, müsabiqə və sərgilər təşkil edilir.

Tədbirlərdə müəllim, şagird və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdan ibarətdir.

“İslam dialoq dinidir”, “İslam həmrəyliyi elm və təhsildə”, “İslam dəyərləri və sivilizasiyalar” və digər mövzularda təşkil edilən tədbirlərdə Azərbaycanın daim İslam aləmi ilə sıx münasibətlər qurduğu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun üzvü olduğu vurğulanır. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunur.

Tədbirlər çərçivəsində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirilir.

Məktəblərdə İslam həmrəyliyi mövzusuna dair keçirilən şeir, inşa yazı və rəsm müsabiqərində qalib gələn şagirdlər diplomla təltif olunurlar.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında