Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyinin hüquqi əsasıdır

Bakı Biznes Universitetində (BBU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə BBU-nun birgə təşkilatçılığı ilə Dövlət bayrağı və Konstitusiya günlərinə həsr edilmiş “Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi əsasıdır” mövzusunda maarifləndirici mühazirə təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə universitetin prorektoru  Sabir Əmirxanov açaraq, belə mühazirələrin təşkilinin burada ənənə şəklini aldığını qeyd etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov “Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi əsasıdır” mövzusunda mühazirə söyləmişdir. Mövzu ilə əlaqədar tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında