Gəncə Tibb Kolleci yeni görkəmdə

Gəncə Tibb Kolleci əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, tibb kollecinin müəllim və tələbələri iştirak ediblər.

Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev bildirib ki, tədris otaqları və kabinetlər yeni əyani dərs vəsaitləri ilə təchiz edilib. Əsas korpusun birinci mərtəbəsində kollec tələbələrinin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablarla təmin olunmuş kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. Əsaslı təmir olunan binada 80 tonluq yeraltı su hovuzu tikilib, eyni zamanda, sahədaxili su xətləri və kanalizasiya sistemi dəyişdirilib. Həyət və binadaxili elektrik xətlərinin hamısı yeraltı kabellə əvəz olunub.

Binanın yeni görkəmi ilə tanışlıqdan sonra kollecin iclas zalında görüş keçirilib. Gəncə Tibb Kollecinin dünənini və bu gününü özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. O, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində şəhərimizdə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şəhər rəhbəri bildirib ki, məhz bu qayğı və diqqətin nəticəsində Gəncə Tibb Kolleci də respublikamızın müasir, hərtərəfli şəraiti olan bir tədris ocağına çevrilmişdir .

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev çıxışında yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Hazırda kollecdə 600 gəncin təhsil aldığını bildirən direktor 59 nəfər həkim-müəllim, 24 müəllim, 27 nəfər isə inzibati və texniki işçi olmaqla, ümumilikdə 126 nəfərin çalışdığını deyib.

Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri Kifayət Fəttahi çıxış edərək kollektiv adından Gəncədə gedən abadlıq və quruculuq işlərinə , həmçinin tibb kollecinin əsaslı təmirinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bilirib. Gəncə Tibb Kollecinin Gənclər Təşkilatının sədri, “Tibb bacısı işi” ixtisası üzrə II kurs tələbəsi Ülfanə Dadaşova tədris üçün belə yüksək şəraitli olan kollecdə təhsilini bitirdikdən sonra insanların sağlamlığı keşiyində layiqincə duracağına söz verib.

Kollecin ingilis dili müəllimi Şəfiqə Hüseynova tədris ocağının ən müasir avadanlıqla təchiz olunduğunu, dünya standartlarına uyğun şəkildə təmir edildiyini diqqətə çatdıraraq, deyib ki, gərək bütün bunları hər vasitə ilə qoruyaq.

Məlumat üçün qeyd edək ki, Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Kollec iki korpusa malikdir. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunmuşdur. Kollecin həyətinə daş döşənmiş, qazon, çardaq qızıl gülləri, sərv, tuya, xrizantema və sair dekorativ güllər, ağaclar əkilmişdir. Bundan başqa tədrisin keyfiyyətinə müsbət təsir göstərən yeni avadanlıq (partalar, yazı lövhələri, kompüterlər, tibbi cihazlar və sair) da alınmışdır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında