Karyera planlama təlimləri davam edir

“Məktəblinin dostu” layihəsi çərçivəsində 2017-2018-ci tədris ili üzrə karyera planlama təlimləri başlayıb.

Təlimlər layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin əməkdaşları tərəfindən keçirilir.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, təlimlərin təşkilində əsas məqsəd məktəblilərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin, seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdən ibarətdir.

Təlimlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır, şagirdləri maraqlandıran suallara aydınlıq gətirilir.

Qeyd edək ki, bu ilin aprel ayından start verilən karyera planlama təlimləri 14 məktəbdə icra olunur.

Təlimlərin növbəti mərhələlərdə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında