Xalqın inamını və sevgisini qazanmış möhtəşəm siyasi qüvvə

Bakı Mühəndislik Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə bağlı yubiley toplantısı keçirilmişdir.

YAP Abşeron rayon təşkilatı ilə birlikdə təşkil edilən mərasimi giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, 25 il bundan öncə – yenicə müstəqillik qazanmış Azərbaycanın böhranlı günlərində taleyin hökmü ilə üzərinə xilaskarlıq missiyası götürmüş ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən dövrdə təsdiq etmişdir ki, ulu öndərin ali məramından və parlaq zəkasından güc alan bu möhtəşəm siyasi qüvvə dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP 25 ildir ki, ölkəmizin müstəqilliyi, xalqımızın rifahı və xoşbəxtliyi yolunda əzm və fədakarlıqla fəaliyyət göstərir.

 Rektor daha sonra qeyd etmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran məramı və perspektivi müəyyənləşdirəcək ideya yox idi. Belə bir vaxtda YAP-ın təsis olunması tarixi zərurət idi. Yeni yaranan YAP-ın dünya şöhrətli lideri ətrafında sıx birləşən xalqımız tezliklə naşı və xəyanətkar qüvvələri hakimiyyətdən uzaqlaşdıraraq, zəmanəmizin dahi siyasi xadimi Heydər Əliyevi hakimiyyətə qaytardı. Prezident İlham Əliyevin “Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyası” adlandırdığı YAP ulu öndər Heydər Əliyevin dahiyanəliklə hazırladığı müstəqil ölkənin daxili və xarici siyasət xəttinin ardıcıl həyata keçirilməsində həmişə öncüllük göstərmişdir.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev partiyanın keçib gəldiyi mübarizə yolundan danışaraq bildirmişdir ki, bu təşkilatın sıralarında birləşən yüz minlərlə məsləkdaşımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliynin bərpasını həyata keçirmişdir. Ölkənin bu aparıcı siyasi qüvvəsinin milli mənafeləri istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var. Hazırda Abşeron rayonunda partiyanın 40 ərazi ilk təşkilatı fəaliyyət göstərir, onun sıraları sağlam qüvvələrlə daim genişlənir.

Çıxış edənlər bildirmişlər ki, Yeni Azərbaycan Partiyası ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə son 14 ildə ölkədə gerçəkləşdirilən yeniləşmə və tərəqqi xəttinin siyasi lokomotivi rolunu şərəflə davam etdirir. YAP Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə də güclü əsaslar yaradır. Böyük inamla vurğulanmışdır ki, YAP siyasi proqramına uyğun olaraq qarşıdakı illərdə də cəmiyyətin tərəqqisinə, hər bir azərbaycanlının rifahının daha da yüksəldilməsinə çalışacaqdır.

Sonda ali məktəbin tələbələri yubiley məclisini ölkəmizi, xalqımızı və müstəqilliyimizi vəsf edən musiqi nömrələri ilə təravətləndirmişlər.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında