Bakı Slavyan Universitetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, oktyabrın 18-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. O, bildirmişdir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi möhkəmləndirildi, dönməz və əbədi xarakter aldı, respublikamız sürətli inkişaf yoluna qədəm qoydu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlət prinsipləri bərqərar edildi.

N.Əliyeva Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. “Torpaq dirçələndə bərəkət olar, insan dirçələndə hürriyyət olar, Vətən dirçələndə səadət olar!”- deyən natiq bu gün Azərbaycanda hökm sürən sabit həyat şəraitinə görə, ümummilli liderimizə borclu olduğumuzu vurğulayıb. N.Əliyeva daha sonra deyib: “Dünyada baş verən mənfi hadisələr göstərir ki, biz strateji, siyasi-iqtisadi, mədəni sahələrdə bir olmalıyıq. Müstəqillik üçün milli oyanış, milli dərketmə son dərəcə vacibdir”.

Bu gün Azərbaycanın mədəni inkişafından, iqtisadi gücündən xəbər tutub ökəmizə səfər edən əcnəbi vətəndaşların Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiklərini bildirən rektor xalqların birliyi məsələsinə də toxunub. Qeyd edib ki, hazırda Bakı Slavyan Universitetinin 6 tələbəsi Soçidə beynəlxalq festivalda iştirak edir. O, bunun dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdıraraq müstəqillik yolunda gəncləri mübariz olmağa çağırıb. Müstəqillik bayramı münasibəti ilə hər kəsi təbrik edən Nurlana Əliyeva ölkəmizin müstəqilliyinin əbədi olmasını arzulayıb, xalqımızı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə səsləyib.

Dövlət Müstəqilliyi Gününə həsr olunmuş filmin nümayişindən sonra beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” adlı məruzə ilə çıxış edib. Həmin kafedranın dosenti Zümrüd Məlikovanın “Müstəqil Azərbaycan dövlətçiliyində Heydər Əliyev fenomeni” adlı məruzəsi də maraqla qarşılanıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında