Təhsil naziri Cocuq Mərcanlı kənd tam orta məktəbində olub

Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər edib.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, əvvəlcə təhsil naziri Mikayıl Cabbarov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid  olanların xatirəsini hörmətlə anıblar.

Daha sonra təhsil naziri kənddə inşa olunan şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb.

Nazir məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib. Bidirilib ki, bu tədris ilində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan təhsil naziri bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Təhsil naziri Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların rahat şəkildə təlim və tədris prosesində iştirakının burada dinc və firavan həyatın təmin edilməsinə bariz nümunə olduğunu bildirib.

Təhsil Nazirliyi adından məktəbə elektron lövhə və digər hədiyyələr təqdim edildikdən sonra müəllim və şagird kollektivi ilə birgə xatirə şəkli çəkilib.

Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi ölkə Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən tikilib.

Məktəbdə 60-a yaxın şagirdin təlim–tərbiyəsi ilə 20 nəfər müəllim çalışır. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, müəllimlər otağından ibarət məktəb binası lazımi avadanlıq, istilik sistemi və internetlə təchiz edilib.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında