ADA Universiteti ilə BAMF əməkdaşlıq memorandumu imzalamışdır

ADA Universitetində bu ali məktəblə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında birgə əməkdaşlıq memorandumu imzalanmışdır. Sənədi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev imzalamışlar.

ADA Universitetinin prorektoru F.İsmayılzadə bildirmişdir ki, son illər ADA Universiteti Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə məhsuldar əməkdaşlığı uğurla davam etdirir, birlikdə müxtəlif layihələr həyata keçirir. Uğurlu əməkdaşlıq nəticəsində Nobel Sülh Mükafatı laureatı, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun Azərbaycana səfəri, “Dinlərarası münasibətlərdə medianın rolu-- media və tolerantlıq” mövzusunda birgə konfrans təşkil olunmuş,  digər önəmli layihələr həyata keçirilmişdir.

BAMF prezidenti Umud Mirzəyev isə bildirmişdir ki, dünyanın  nüfuzlu beynəlxalq təşkilatları, Azərbaycanın dövlət və özəl qurumları ilə səmərəli əməkdaşlıq quran BAMF bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. ADA ilə əməkdaşlıq isə hazırda BAMF-ın fəaliyyətində prioritetlərdən biridir. BAMF rəhbəri əlavə etmişdir ki, memorandumun imzalanması hər iki qurumun fəaliyyətinə, o cümlədən ölkədə vətəndaş cəmiyyətinin inkişafına yeni imkanlar açacaq.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında