Bakı Ali Neft Məktəbi ilə DAAD arasında əməkdaşlığın yeni mərhələsinə başlanılır

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə, bu ali məktəbin yeni açılmış kampusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramına həsr olunan tədbir keçirilib.

BANM-in mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə DAAD təqaüd proqramı, onun perspektivləri, tələbələr üçün yaradılmış imkanlar barədə geniş məlumat verilib.

Qeyd olunub ki, beynəlxalq səviyyədə tanınan DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirən qurumdur. DAAD ilə Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalanıb. BANM isə bu əlaqələrin genişlənməsində öz dəstəyini göstərməkdədir.

Tədbirdə DAAD Bakı Məlumat Mərkəzinin təmsilçisi Hikmət Kamallı tələbələr üçün proqramın geniş təqdimatını edib, onların suallarını cavablandırıb. Təqdimatda təqaüd proqramının mahiyyəti və üstünlükləri, qeydiyyat və müraciətlə bağlı məsələlər ətraflı izah olunub.

Xatırladaq ki, BANM bundan əvvəl də DAAD ilə “Şərqə doğru” proqramı çərçivəsində əməkdaşlıq edib. Proqrama əsasən, Almaniyanın nüfuzlu universitetlərindən olan tələbələr BANM-in “Bakı Yay Neft Məktəbi”ndə iştirak ediblər.

DAAD təqaüd proqramlarına sənəd qəbulu elan olunub. BANM-in tələbələrinin proqrama böyük maraq göstərdikləri və bu baxımdan proqramın böyük uğur qazanacağı bildirilib.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında