Ali təhsil müəssisələrində keyfiyyətin təminatı müzakirə mövzusu idi

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək” adlı seminar keçirilib.

 Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, seminarda Akkreditasiya və Nostrifikasiya İdarəsinin, ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər. Seminarı xarici ekspert qismində Finlandiyanın Lapland Universitetindən Hannele Keranen və Merja Forest, Estoniyanın Tallin Universitetindən isə Katlin Vanari aparıblar.

Seminarda xarici ekspertlərin ali təhsil müəssisələrində keyfiyyətin təminatına dair təcrübələri dinlənilib və bu istiqamətdə Avropa ali təhsil məkanında tətbiq edilən mexanizmlərə dair müzakirələr aparılıb. Həmçinin iştirakçılar ali təhsildə keyfiyyət standartları və göstəriciləri, eləcə də onların Azərbaycan ali təhsil məkanında tətbiqi zamanı qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılmasına dair fikirlərini bölüşüblər.

Tədbirin keçirilməsində məqsəd həm Azərbaycanın ali təhsil müəssisələri, həm də yerli və xarici müəssisələr arasında əməkdaşlıq şəbəkəsinin möhkəmləndirilməsi və beynəlxalq təcrübənin Azərbaycanın ali təhsil sistemində tətbiqinin genişləndirilməsidir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında