UNEC məzunlarından nümunəvi addım – “ISE Məzun Təqaüdü”

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “ISE məzun təqaüdü” proqramına start verilib.

Proqramın məqsədi gənclərin stimullaşdırılması, sosial məsuliyyəti ön plana çəkmək və messenatlıq ənənəsinin yayılmasına nail olmaqdır.

Yeni tədris ilindən tətbiq edilən proqram çərçivəsində UNEC məzunları Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə öz şəxsi vəsaitləri hesabına bir tədris ili müddətinə təqaüd müəyyən edəcəklər. “ISE məzun təqaüdü” təhsildə ən yüksək nəticə göstərən tələbələr arasından müsahibə yolu ilə seçilənlərə veriləcək. Müsahibəni məzunlar aparacaqlar. Əlaçı təqaüdü məbləğində olan “ISE Məzun Təqaüdü” tələbə kartlarına hər ayın əvvəlində köçürüləcək.

Adlarının açıqlanmasını istəməyən iki uğurlu məzun UNEC tələbələri ilə görüşərək, onlardan dördünə “ISE məzun təqaüdü” ayırıblar. Görüşdə həmçinin məzunlardan biri tələbələrə mentorluq etməyi də öz üzərinə götürüb. Belə ki, mentor məzun tələbə startapına dəstək göstərəcək.

Bundan əlavə, Beynəlxalq İqtisadiyyat Məktəbinin adının açıqlanmasını istəməyən müəllimi bir tələbənin təhsil haqqının ödənilməsini öz üzərinə götürüb.

Elnarə ÖMƏROVA

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında