AMEA rəyasət heyətinin növbəti iclasında bir sıra mühüm məsələlərə baxılıb

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsi ehtiramla yad edilib, onun zəngin elmi irsinin əhəmiyyətindən söz açılıb.

Akademiyanın prezidenti, akademik Akif Əlizadə bir qrup alimə AMEA-nın professoru diplomunu təqdim edib.

Tədbirdə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun “Kvant texnologiyaları və onların Azərbaycanda inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

Akademik kvant texnologiyaları sahəsində aparılan tədqiqatların prioritet istiqamətləri haqqında geniş təqdimatla çıxış edib. Məruzədə bu sahədə araşdırmaların Azərbaycanda mühüm elmi istiqamətlərdən biri kimi qəbul edilərək bu yöndə tədqiqat aparan elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, dünyanın aparıcı elmi mərkəzləri ilə əlaqələrin gücləndirilməsinin zəruriliyindən danışılıb.

Məruzə rəyasət heyətində müzakirə olunub, müvafiq qərar qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” müzakirə edilib. Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə AMEA-nın qarşısında mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib. O, strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planının hazırlandığını deyib.

İclasda tədbirlər planı təsdiqlənib, AMEA-nın elmi bölmələrinin və əlaqədar institutların rəhbərlərinə strateji yol xəritələrinin müzakirəsi zamanı irəli sürülmüş təkliflərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Gündəlikdə yer alan növbəti məsələ dörd hüququ şəxsin AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) rezidentləri kimi qeydiyyata alınması ilə bağlı olub.

Rəyasət heyəti iclasda AMEA Yüksək Texnologiyalar Parkı Ekspertlər Şurasının müvafiq rəyinə əsasən, AMEA-nın Təcrübə-Sənaye Zavodunun, “Millers Oils Azerbaijan” MMC, “Elm və Texnologiyalar Parkı” MMC və “Agro Bio Eco Tech” MMC-nin “YT Park”ın rezidentləri kimi qeydiyyata alınmasını təsdiqləyib.

Sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

Görkəmli alim, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlər planı təsdiqlənib.

Fizika-riyaziyyat elmləri doktoru, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi qərara alınıb.

Rəyasət heyətinin növbəti qərarı ilə AMEA-nın humanitar elmlər bölməsi bürosunun yeni tərkibi təsdiq edilib.

Tanınmış şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərini nəzərə alaraq və anadan olmasının 75 illik yubileyi münasibətilə AMEA-nın fəxri fərmanı ilə təltif edilməsi, görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi qərara alınıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında