Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili başa çatmışdır

Yanvarın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilmişdir. Konfransda TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki, 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili başa çatmışdır. Həmin materiallar "Abituriyent" jurnalının 12-ci nömrəsində çap edilmişdir.
Tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri - ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticə əldə etmiş rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil olunmuşdur. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilmişdir.
Jurnalda ali məktəblərin magistratura pilləsinə, orta və əsas təhsil bazasından texnikumlara tələbə qəbulunun nəticələrinə aid materiallar da təqdim edilmişdir.
Qeyd olunmuşdur ki, ötən tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə 30.510 tələbə qəbulu nəzərdə tutulmuşdu. Qəbul planının 25 min 949 yeri dövlət, 4 min 561 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşmüşdür.
Qəbul imtahanlarının nəticələrinə əsasən, birinci mərhələdə ali təhsil müəssisələrinə 27 min 687 gənc qəbul olunmuş və qəbul planı 90,90 faiz yerinə yetirilmişdir. Əlavə müsabiqə və yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə daha 734 gənc qəbul olunmuş, qəbul planı bütövlükdə 93,31 faiz dolmuşdur.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5424 gənc 500-dən, o cümlədən 1414 gənc 600-dən yuxarı bal toplamışdır.
M. Abbaszadə tələbə qəbulunun nəticələri barədə fikirlərini açıqlamışdır.
Konfransda, eyni zamanda, qeyd olunmuşdur ki, magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu başlanmışdır.
Sonra TQDK-nın sədri jurnalistləri maraqlandıran suallara cavab vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında