“Kaspi” Təhsil Şirkəti fəaliyyətini genişləndirir

 

Sentyabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2016/2017-ci tədris ilində fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada təhsilin mühüm rolunu, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərildiyini qeyd edən S.Vəliyeva “Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, şirkət 2007-ci ildə yaradılıb və keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açıb.  

2016/2017-ci tədris ilində şirkətin abituriyent hazırlıq kurslarını 324 nəfər bitirib. Onların 311-i builki qəbul imtahanlarında yüksək bal ­toplayaraq nüfuzlu ali məktəblərə qəbul olunub. “Kaspi” liseyinin isə 21 məzununun hamısı ali məktəblərə daxil olub. “Kaspi”nin məzunlarından bir nəfər – Vahab Cəbrayılov qəbul imtahanlarında maksimum nəticə – 700 bal toplayıb və o, “Kaspi” təqaüdünü qazanan ilk tələbə olub.

“Kaspi” Təhsil Şirkəti abituriyent hazırlıq kurslarını bitirən gənclərdən 31-i qəbul imtahanlarında 600-dən yuxarı, 60-ı isə 500-dən çox bal toplayıb. Xaricdə təhsil xidmətləri göstərən Kaspi Qlobal il ərzində 100-dən artıq şagirdi ABŞ-a və Böyük Britaniyaya yay məktəblərinə göndərib. Məktəbəqədər hazırlıq kursları olan Kaspi Kidslərdə isə 1000-dək uşaq məktəbəhazırlıq proqramını tam başa vurub.

S.Vəliyeva bu il “Kaspi” Təhsil Şirkətinin fəaliyyətinin daha da genişləndiyini, Beynəlxalq məktəbəqədər kurikulum standartları əsasında fəaliyyət göstərən yeni ingilisdilli Kaspi Beynəlxalq Uşaq Bağçasının, həmçinin Bakı şəhərində Azərbaycan və rus bölmələrindən ibarət yeni bağçanın da açıldığını diqqətə çatdırıb.

“Kaspi” Təhsil Şirkətinin təsisçisi təhsildə uğurları artırmaq məqsədi ilə reallaşdırılacaq layihələrdən də bəhs edib.   

Sonra “Kaspi” Təhsil Şirkətinin 10 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən müəllim və valideynlər də “Kaspi” Təhsil Şirkətinin səmərəli fəaliyyətindən, təhsilimizə verdiyi töhfələrdən danışıb, uğurlar arzulayıblar.

Şirkətin liseyini və abituriyent hazırlıq kurslarını bitirən və qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan gənclərə hədiyyələr verilib, “Kaspi” təhsil mərkəzlərində təqdim olunan bütün xidmətlərdən 20 faiz endirimlə faydalanmaq üçün kuponlar təqdim olunub. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında