Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı gənc qəbul olub

Gürcüstanda milli azlıq nümayəndələri arasında “1+4” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına qəbul olan tələbələr arasında azərbaycanlılar birinci yeri tutub.

APA-nın yerli bürosunun Gürcüstan Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin statistik məlumatına istinadən verdiyi xəbərə görə, adıçəkilən proqram üzrə ali məktəblərə qəbul olan azərbaycanlı tələbələrin sayı 673, erməni tələbələrin sayı isə 373 nəfər təşkil edib.

Azərbaycanlı tələbələrin ən çox qəbul olunduğu ali məktəblərin ilk üçlüyünə Gürcüstan Texniki Universiteti (228 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Univer­siteti (206 nəfər) və İlya Dövlət Universiteti (147 nəfər) daxildir. “1+4” proqramı ilə Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin yalnız 83-nün təhsili dövlət tərəfindən tam maliyyələşdiriləcək. Yerdə qalan tələbələr üçün illik təhsil haqqı 1500-2250 lari təşkil edir.

Qeyd edək ki, Gürcüstanda 2010-2011-ci tədris ilindən tətbiqinə başlanılmış “1+4” proqramına əsasən, milli azlıqlardan olan abituriyentlər doğma dillərində ümumi biliklər üzrə imtahan verərək ali məktəbin intensiv gürcü dili kursuna daxil olur. Bir illik kursu başa vuran tələbələr tələb olunan krediti topladıqdan sonra bakalavr pilləsi üzrə təhsillərini davam etdirirlər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında