Qusarlı gənclər Bilik Fondunun həyata keçirdiyi pulsuz təlimlərdən faydalanıblar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qusar rayonunun Hil kəndində təşkil etdiyi “Kompüter texnologiyaları və kargüzarlıq işi” təlim kursunda dərslər başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qusar şəhərindəki “Şahdağ” kompüter tədrisi mərkəzində təcrübəli mütəxəssislərin iştirakı ilə məzunların elmi-praktik biliklərini qiymətləndirmək məqsədilə yekun buraxılış imtahanı keçirilib. Müsbət nəticə göstərən 12 gəncə sertifikatlar təqdim edilib. Məzunlardan Mahir Rzayev, Səlimxan İsmiyev,  Roman Poladov, Edqar Abbasov və başqaları peşəkar təlimçi mütəxəssislərdən çox şey öyrəndiklərini, Bilik Fondunun bölgələrdə həyata keçirdiyi belə pulsuz layihələrin əhəmiyyətli olduğunu, xüsusən işsiz gənclər tərəfindən razılıqla qarşılandığını bildiriblər.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla AZƏRTAC-a bildirib ki, bu il Qax Bilik Evində 42 dinləyici rus dili, ingilis dili, kompüter texnologiyaları və kargüzarlıq işi, Oğuz Bilik Evində 14 dinləyici rus dili, Şəmkir Bilik Evində 18 dinləyici rus dili və ingilis dili, İsmayıllı Bilik Evində 7 nəfər rus dili, Nardaran Bilik Evində 16 nəfər rus dili və ingilis dili, Rus Pravoslav kilsəsində 19 nəfər Azərbaycan dili, Qəbələ rayonu Nic qəsəbəsindəki "Cotari" Alban-Udi kilsəsində 15 dinləyici Azərbaycan dili, Bilik Fondu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində isə 10 dinləyici ərəb dili üzrə təlim kurslarını uğurla başa vurub. Yekun imtahanlarda yüksək nəticələr göstərən dinləyicilərə sertifikatlar təqdim edilib. Bir sıra bölgələrdə isə yeni açılan kurslarda təlim-tədris proqramlarına uyğun olaraq dərslər davam edir.

Doqquz ay davam edən bu kurslarda dinləyicilərin və yerli əhalinin maarifləndirilməsi, ictimai-siyasi, tibbi, ekoloji, sosial-iqtisadi biliklərinin artırılması üçün ardıcıl olaraq məşğələlər, mühazirə və “dəyirmi masa”lar, tarixi yerlərə gəzintilər də təşkil edilib. Kursları bitirən gənclər işlə təmin edilib.

Qusarda və digər on bölgədə sentyabr ayından başlayacaq yeni kurslara yerli tələbat nəzərə alınmaqla dinləyici qəbulu başlanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında