Bilik Fondu Binəqədi gəncləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Binəqədi Rayon Gənclər evi sosial xidmət müəssisəsinin qonağı olub. Gənclər evinə ayrılmış və zəngin maddi-texniki bazası olan inzibati bina ilə tanışlıqdan sonra fondun əməkdaşlarının Binəqədi gəncləri ilə görüşü keçirilib.

Görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, sektor müdiri Xatirə Hüseynova və əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Binəqədi Rayon Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev və rayon gənclərindən ibarət bir qrup iştirak ediblər. 

Rayonun gənclər və idman idarəsinin rəisi Elvin Aslanov görüş iştirakçılarını salamladıqdan sonra rayonda gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, peşə yönümü, vətənpərvərlik, idman, bədii yaradıcılıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılan şəraitdən danışıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dövlətin yeritdiyi uğurlu gənclər siyasətindən və bunun sayəsində Azərbaycan gənclərinin qazandığı uğurlardan söhbət açıb. Fondun strukturu və gənclərin maarifləndirilməsi yönündə həyata keçirilən layihələrdən, onların bilik və bacarıqlarının cilalanması məqsədilə təşkil olunmuş müxtəlif müsabiqə, konfrans, seminar və görüşlərdən bəhs edən O.Səmədov Binəqədi gənclərini də layihələrdə fəal iştiraka dəvət edib.

Görüşdə iştirak edən gənclər fondun gördüyü işlərlə yaxından tanış olduqlarından məmnunluqlarını ifadə edərək maraqlı təkliflər irəli sürüblər. Müxtəlif sahələrdə, müəyyən peşə yönümlü təlim kurslarının, tanınmış elm, mədəniyyət, incəsənət və dövlət xadimləri ilə görüşlər və mühazirələrin təşkili, ölkəmizin tarixi və mədəniyyətinin təbliği istiqamətində birgə resursların hazırlanması bu təkliflər sırasındadır.

Fondun aparat rəhbəri İsaxan Vəliyev gənclərin maraqlı təkliflərinin dəyərləndiriləcəyini bildirərək, Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Gənclər evi ilə Bilik Fondunun birgə tədbirlər planının hazırlanması, Gənclər evində bilik otağının yaradılması, Binəqədi gənclərinin fondun layihələrində daha fəal iştirakının təmin edilməsi qərara alınıb.  

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında