Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

İyulun 26-da Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının ikinci iclası keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, iclasda Türkiyənin milli təhsil naziri İsmət Yılmaz, İƏT-in baş katibi Xəlil İbrahim Akça, həmçinin Pakistan, Əfqanıstan və İranın təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İclasda Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi, 2017-2019-cu illər üçün iş planı müzakirə edilib, eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri öz ölkələri üçün təhsil sahəsində prioritetlər barədə məlumat veriblər.

Səfər çərçivəsində Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri İsmət Yılmaz ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Samirə Əliyeva, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında