Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların virtual zalı açıldı

M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasında müdafiə olunan bütün elm sahələri üzrə namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradıldı. Məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.
Bu münasibətlə keçirilən tədbirdə mədəniyyət və turizm naziri Ə.Qarayev çıxış etmişdir. O, qeyd etmişdir ki, müasir dövrdə elektron informasiya daşıyıcıları xüsusi əhəmiyyət kəsb edir və tez bir vaxtda informasiya mübadiləsini həyata keçirir. Bir il bundan öncə Milli Kitabxanamızda Rusiya Dövlət Kitabxanasının virtual dissertasiya zalının açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na əsasən kitabxanaların informasiyalaşmasına xüsusi önəm verilir. Dövlət Proqramının icrası məqsədilə kitabxana-informasiya prosesləri avtomatlaşdırılır. Bu iş regionlarda daha sürətlə inkişaf edir. Dissertasiyaların virtual oxu zalı isə yalnız Milli Kitabxanada təşkil oluna bilər. Mənə verilən məlumata görə, hazırda Milli Kitabxanada 7 min 842 dissertasiya saxlanılır. Onlardan 1300-ü virtual bazaya daxil edilib. Dissertasiyalar Azərbaycan, rus, türk və s. xarici dillərdədir. Bu çox vacibdir. İstifadəçilər müxtəlif dillərdə olan dissertasiyalar və avtoreferatlarla tanış ola bilərlər.
Qeyd etdiyim kimi bu işlər və kitabxana - informasiya sisteminin sürətli inkişafı yalnız Dövlət Proqramı imzalandıqdan sonra mümkün olmuşdur. Kitabxanalarda islahatlar keçirilir, yeni informasiya resurs və intellekt mərkəzləri yaradılır. Onlar Azərbaycanı təbliğ edirlər. Milli Kitabxana isə bu işlərin həyata keçirilməsində ön cərgədə olmalıdır.
Daha sonra Ali Attestasiya Komitəsinin sədri, akademik Arif Mehdiyev, AMEA-nın birinci vitse prezidenti Arif Həşimov, təhsil nazirinin müavini İradə Hüseynova görülən işlərin vacibliyini vurğuladılar və qeyd etdilər ki, bu cür işlər elmin inkişafına böyük təkan verir.
Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov qeyd etdi ki, kitabxanada bədii ədəbiyyatla yanaşı elmi ədəbiyyat da olmalıdır. Bu kitabxananın nüfuzunu artırır, onu elm və informasiya mərkəzinə çevirir. Milli Məclisin deputatı Fəttah Heydərov maraqlı təklif irəli sürdü və qeyd etdi ki, virtual oxu zalları şəbəkəsi Azərbaycanın regionlarında da yaradılmalıdır. Məsələn, Qəbələdə, Gəncədə və s. rayon və şəhər kitabxanalarında.
BDU-nun professoru Abuzər Xələfov qeyd etdi ki, bu gün kitabxana tarixində böyük hadisə baş verib. Kitabxana elmə böyük dəstək olub. Ümumiyyətlə mən qeyd etmək istərdim ki, son illər kitabxana işində biz hamımız müsbət dəyişikliklərin şahidiyik.
Tədbirin sonunda mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev tədbirə yekun vurdu və qeyd etdi ki, nazirliyin qarşısında duran daha bir böyük vəzifə Azərbaycanda nəşriyyat işinin daha da yaxşılaşdırılması, Respublika Kitabxana Kollektorunun işinin təkmilləşdirilməsidir. Nəşriyyat Qanununa çoxlu dəyişikliklər edilməli, nəşriyyatlar kitabxanalarla sıx vəhdətdə işləməlidir. Rəqəmsal informasiya daşıyıcılarının sayını çoxaltmaq məqsədi ilə ilk öncə ənənəvi kitablar əldə etmək lazımdır. Gələcəkdə virtual zala daxil olmaq hüququ Prezident Kitabxanasına, Milli Məclisin kitabxanasına, AMEA- nın Mərkəzi Elmi Kitabxanasına vermək lazımdır.
Tədbirdə dissertasiyaların elektron bazası nümayiş etdirildi.

{nl}

M.MÜKƏRRƏMOĞOLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında