Bakı Ali Neft Məktəbində ilk “Məzun günü” keçirilib

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2017-ci il mayın 1-də keçirilən BANM-in yeni kampusunun açılışına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

BANM-in rektoru Elmar Qasımov məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları üçün hər cür şərait yaradılıb.

Elmar Qasımov BANM-in məzunlarının uğurlarından söhbət açaraq, qeyd edib ki, ali məktəbin bir sıra məzunu dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olublar. Digərləri isə SOCAR-Türkiyə, Star Refinery, BP və bu kimi transmilli şirkətlərə işə qəbul olunublar.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BANM-in ilk məzunlarını təbrik edərək onlara Azərbaycanın milli təhsil brendi olan Bakı Ali Neft Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli bir neft-qaz mütəxəssisi olacağını arzulayıb. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, “Biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz”,- deyə SOCAR-ın prezidenti bildirib.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov BANM-in tələbələrini “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. O, ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.

Tədbirin bədii hissəsində Bakı Kaledoniya Cəmiyyəti və Azərbaycanın tanınmış kollektivlərindən biri olan “Natiq” ritm qrupunun çıxışları ilə məzunları təbrik etdilər. Sonda mantiya geyinmiş məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında