MTN əməkdaşları Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşmüşlər

Bakı Slavyan Universitetində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində “Milli təhlükəsizliyin təminatında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.

{nl}

Əvvəlcə mərasim iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

{nl}

Sonra mərasim təhsil ocağının akt zalında davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Milli Məclisin deputatlarının, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla açmışdır. Rektor MTN-in keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında MTN-in mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə nazirliyin rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır. K.Abdulla yubiley ilə bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova təbrik məktubunu oxumuşdur.

{nl}

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, yaradılmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, kəşməkəşli və eyni zamanda, şərəfli tarixi yol keçmişdir.

{nl}

Ümummilli lider Heydər Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışdığını və bu quruma rəhbərlik etdiyini xüsusi vurğulayan nazir müavini, ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında və inkişafındakı rolu barədə danışmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qaydışından sonra ulu öndərin diqqət və qayğısı sayəsində Milli Təhlükəsizlik Nazirliyində işin yenidən qurulduğunu, qurumun fəaliyyətinin təkmilləşdiyini qeyd edən Ə.Şəfiyev demişdir ki, ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında, milli maraqların qorunmasında qeyd edilən dövrdən başlayaraq təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərir.

{nl}

Nazir müavini milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi  uğurlu əməliyyatlardan ətraflı danışmışdır. Ötən il xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə  məşğul olan 25 nəfər zərərsizləşdirilmişdir. Natiq çıxışında qeyd etmişdir ki, nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasıdır. İşğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Beynəlxalq terrorçuluğa qarşı mübarizə tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alınmışdır. Bu istiqamətdə aparılan uğurlu əməliyyatlar nəticəsində “Əl-Qaidə” və “Əl-Cihad” terrorçu təşkilatlarla əlaqəli olan bir sıra ekstremist qruplar zərərsizləşdirilmişdir.

{nl}

Nazirlik ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə də uğurlu əməliyyatlar həyata keçirmişdir.  Keçən il narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstə və ayrı-ayrı şəxslər yaxalanmış, 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, 100-dən artıq şəxs istintaqa cəlb olunmuşdur.

{nl}

Nazirliyin beynəlxalq əlaqələri barədə məlumat verən Ə.Şəfiyev demişdir ki, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır. Hazırda MTN 40 ölkənin 51 xüsusi xidmət orqanı ilə fəal əməkdaşlıq edir. Ötən ildə də bu iş uğurla davam etdirilmişdir.

{nl}

Milli maraqların və mənafelərin qorunması naminə qazanılan nailiyyətlərdən bəhs edən nazir müavini, milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının Vətənə, dövlətçiliyimizə ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini dərhal yerinə yetirəcəklərinə əminliyini vurğulamışdır. Ə.Şəfiyev bu ali təhsil ocağında elmin sirlərini mənimsəyən tələbələrə daim xalqımızın mənafelərinin qorunması və dövlətimizin qüdrətlənməsi naminə əsl mütəxəssis kimi yetişmələri, onların Vətənə və cəmiyyətimizə layiqli vətəndaş kimi formalaşmaları üçün tədrisdə daha əzmli olmalarını arzulamışdır.

{nl}

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev xüsusi xidmət orqanlarının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyəti haqqında danışmışdır. Təhlükəsizlik orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdıran icra hakimiyyətinin başçısı vurğulamışdır ki,  məhz ulu öndər Heydər Əliyevin DTK-ya rəhbərliyi dövründə bu qurumda Vətənə, xalqına sadiq  yeni, milli ruhlu nəsil yetişmişdir. 

{nl}

Təhlükəsizlik  orqanlarının fəaliyyətini  yüksək qiymətləndirən N.Məhəməliyev dövlətimizin başçısının rəhbərliyi altında bu sahədə görülən işlərin nəticəsi kimi Azərbaycanın bu gün dünyada ən sabit ölkə olduğunu diqqətə çatdırmışdır.

{nl}

Daha sonra BSU-nun 3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Aytən Hüseynova, bu ali təhsil ocağının rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri Məmməd Qocayev xüsusi xidmət orqanlarının fəaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini bildirmişlər. Çıxış edənlər xalqımızın maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini vurğulamışlar.

{nl}

Tədbirin sonunda MTN-in fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında