ATMU-da məzun günü

Azərbaycan Turizm və Menecment Universitetində “Məzun--2017” adlı VIII buraxılış mərasimi keçirildi. Dövlət himnimiz  səsləndirildikdən sonra ATMU-nun rektor əvəzi Eldar Aslanov tədbir iştirakçılarını salamlayaraq dedi: “Bu gün məzunlarımız üçün çox əlamətdar bir gündür. Onlar 4 illik həyəcanlı, sevincli tələbəlik illərini başa vurub, ali təhsilli mütəxəssislər kimi ölkənin çoxşaxəli inkişafında iştirak etməyə başlayırlar.

Geridə qalan 4 il ağır olduğu qədər də şərəfli bir yoldur. Həm neft sektorunda, həm də qeyri-neft sektorundakı uğurlar ölkəmizin sürətli inkişafını təmin edir. Dövlətimiz  “Azərbaycan – 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə qarşıya konkret hədəflər qoyur. Turizm və digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur və ölkəni böyük hədəflərə məhz gənclərin aparacağı şübhəsizdir. Ötən 11 il ərzində ATMU keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olub. Buna AKTS tətbiqi, ölkədə ilk ikili diplom proqramı, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, onlarca tətbiqi tədqiqat, qısamüddətli treninqlər, peşə təhsilinin gücləndirilməsi və s. məsələləri aid etmək olar”.

On bir ixtisas üzrə bakalavr, magistr, doktorantura, o cümlədən, peşə və qısamüddətli kurslarda kadr hazırlığını həyata keçirən ATMU-dan 333 tələbə məzun olub. Onlardan 36 nəfəri magistr, 297 nəfəri bakalavr pilləsini bitirib. 14 nəfər fərqlənmə diplomuna  layiq görülüb. Beləliklə, ATMU-dan məzun olanların sayı 2111-ə çatıb. Builki məzunlardan 20 nəfəri, eyni zamanda, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomuna sahiblənib. Ümumilikdə, universitet məzunlarından 171 nəfəri iki diplomludur. Bu il ATMU-ya  bakalavr üzrə 470, magistraturaya 96 nəfərin qəbulu nəzərdə tutulub və 6-cı ildir ki, doktoranturaya qəbul başlanıb. ATMU nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbini bu il müxtəlif ixtisaslar üzrə 471 nəfər şagird bitirib.

Ölkəmizdə ilk dəfə ATMU tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsində tələbələr təkcə Azərbaycanda deyil, Türkiyə, İsrail, Rusiya və digər ölkələrin turizm müəssisələrində təcrübə keçirlər.

Universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub. Bu il ATMU-nun 2 tələbəsi Türkiyənin Atatürk Universitetinin, 2 tələbə isə Almaniyanın Yade Universitetinin yay məktəbində olub. Növbəti ildə 2 tələbə Almaniyanın Yade Universitetinə tələbə mobilliyi çərçivəsində oxumağa gedəcək. Erasmus + proqramı çərçivəsində 1 tələbə Türkiyənin Eskişehir Anadolu Universitetində, 3 tələbə Mövlanə mübadilə proqramı çərçivəsində Sakarya və Akdeniz universitetlərində, 2 tələbə isə AATP proqramı çərçivəsində İMC Krems Universitetində bir semestr müddətində təhsil alacaqdır. Bununla yanaşı, gələn təhsil semestri ərzində magistratura pilləsi üzrə təhsil alan ATMU tələbələrinin Türkiyə, Çin eləcə də, Macarıstan, Rumıniya, Polşa, İtaliya, Fransa, Yunanıstan və Meksika kimi ölkələrdə təhsil ala bilmələri üçün aparılan müzakirlərin sona çatdırılması və əməkdaşlıq layihələrinin icrası nəzərdə tutulmuşdur.

ATMU  3 TEMPUS layihəsi çərçivəsində İspaniya Krallığının Jirona Universiteti ilə ikili diplom proqramını reallaşdırır. ATMU – da Amadeus nternasionalla və onun yerli tərəfdaşı Delta şirkətiilə müqavilə əsasında Amadeus laboratoriyası qurulub. İndiyədək 100 tələbə bronlaşdırma dərslərini bu laboratoriyada keçib və Amadeus sertifikatı alıb.

2016--2017-ci tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ATMU-nun birgə icra etdikləri beynəlxalq proqram məzunlarına diplomlar, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında könüllü qismində fəaliyyət göstərən universitet tələbələrinə və 2016-2017-ci tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər təqdim olundu. ATMU-nun “Tələbə fəxri kitabı” növbəti tədris ilində məzun olacaq  tələbəyə təqdim edildi.

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında