Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

İyulun 4-də Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası öz işinə başlayıb.

tədbirdə təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək dəyərləndirib və əməkdaşlığımızın inkişafının vacibliyini vurğulayıb.

Sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü keçirilib.

Görüş çərçivəsində ölkələrimiz arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və  əməkdaşlıq perspektivləri müzakirə olunub.

İclas iki gün davam edəcək.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında