Estafet birincilərə verilib

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəbləri üzrə I sinfi 45 321 şagirdin, XI sinfi isə 17 121 şagirdin bitirməsi gözlənilir.

Dünən ölkəmizin bütün ümumi təhsil məktəblərində “Son zəng”in sədası eşidildi. Elə Binəqədi rayonu ərazisində yerləşən 244 nömrəli məktəbdə də bu tədbirə böyük məsuliyyətlə hazırlaşmışdılar.

Məlumat üçün bildirək ki, 244 nömrəli məktəb həmişə qabaqcıllar sırasında olub. Təhsildə, idman sahəsində, fənn olimpiadalarında bu məktəbin nailiyyətləri kifayət qədərdir. Tədbirdə bütün məktəb kollektivi, 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edirdilər. Tədbir dövlət himninin sədaları altında başladı.

Sonra söz məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Yəhya Abbasova verildi. Direktor son illər ölkədə təhsilə göstərilən qayğıdan danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Təhsil İslahatı Proqramı ölkəmizdə davamlı olaraq həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu islahatların daha da sürətlənməsini təmin etmişdir, İndiyədək ölkə başçısı təhsilin inkişafı ilə bağlı 20-dən çox dövlət proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Yəhya müəllim dedi ki, bu gün sizin təhsil aldığınız bu yeni, müasir məktəb, onun üçün tikilmiş əlavə korpus da məhz cənab Prezidentin təhsilə qayğısının bariz nümunəsidir. 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğı milli təhsilimizin inkişafına öz təsirini göstərməkdədir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində çox sayda məktəb tikilib istifadəyə verilmişdir.

Dövlətimizin təhsilə qayğısı bizi daha məsuliyyətlə işləməyə, gələcəyin yüksək biliyə, kamil tərbiyəyə malik qurucularını yetişdirməyə sövq edir. Məktəbimizin ötən tədris ilində nailiyyətləri sevindiricidir. Bu il məktəbimizdə XI sinfi 115 şagird bitirir. Birinci sinfə isə bu vaxta kimi 255 uşaq qəbul etmişik. Mən ümidvaram ki, məzunlarımız ölkəmizin ən nüfuzlu təhsil ocaqlarına yüksək ballarla qəbul olunacaqlar. İlkin qəbul imtahanları da bunu deməyə əsas verir.

Tədbirdə çıxış edən valideynlər məktəbdə aparılan təlim-tərbiyədən razılıqlarını bildirib, onbirincilərə yeni həyat yolunda uğurlar arzuladılar.

Bir azdan “Son zəng”in sədaları ətrafa yayıldı.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında