Ədəbi - bədii kompozisiya

Son dövrlər Qax rayonunun təhsil müəssisələrində bölgəmizin tarixinin öyrənilməsi, milli adət- ənənələrimizin, mədəniyyətimizin təbliği, maddi və mənəvi sərvətlərimizin mühafizə edilərək gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı iş aparılmaqdadır.
Vaxtaşırı rayon ictimaiyyətinin nümayəndələrinin, valideynlərin, mütəxəssilərin iştirakı ilə məktəblərdə müvafiq mövzularda konfranslar, ədəbi-bədii kompozisiyalar, müsabiqə və sərgilər təşkil olunur. Belə tədbirlərdən biri də bu günlərdə şəhər 5 saylı orta məktəbində təşkil olunmuşdu. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvlərinin müəllimlərin köməyi ilə hazırladıqları "Nə gözəldir mənim Qaxım" mövzusundakı ədəbi-bədii kompozisiya tədbirdə iştirak edənlərin böyük marağına səbəb oldu. Tədbirə gələnlər əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rayonun tarixi keçmişinə, fauna və florasına, zəngin təbii sərvətlərinə məxsus eksponatlarla tanış oldular. Sərgini seyr etdikcə sanki adamın tarixi yaddaşı oyanır.
Məktəbin iclas zalında şagirdlərin nümayiş etdirdikləri tariximizə, təbiətimizin gözəlliklərinə, maddi və mədəni irsimizə, folklorumuza həsr olunmuş səhnəciklər bir-birindən maraqlı idi. Milli geyimli uşaqların söylədikləri şifahi xalq ədəbiyyatı nümunələri onların bu mövzuya hədsiz maraq göstərdiklərindən, mədəni irsimizə dərindən yiyələndiklərindən xəbər verirdi.
Rayonun tarixinə aid kompozisiyada uşaqlar Azərbaycanın dövlətçilik tarixində müəyyən yer tutan İlisu sultanlığı ilə bərabər, bütün tarixi prosesləri xronoloji ardıcıllıqla, bədii formada iştirakçılara nümayiş etdirdilər.
Qədim dövrlərin məişətinə, adət-ənənələrinə, əkinçilik mədəniyyətinə həsr olunmuş səhnəciklər də iştirakçıların marağına səbəb oldu. Uşaqlar Qax məktəbinin yetirmələri olan dövlət, elm xadimlərinin, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti barədə də maraqlı məlumatlar verdilər.
Şagirdlərin hazırladıqları milli mətbəximizin məhsulları iştirakçılar qarşısında nümayiş etdirildi.
Beləliklə, tədbiri yekunlaşdıran uşaqlar sonda rayonun bütün məktəblərinə müraciət edərək məktəbliləri bölgəmizin zəngin tarixini dərindən öyrənməyə, təbii sərvətlərimizdən qənaətlə istifadə etməyə, təbiəti, ekologiyanı qorumağa, adət-ənənələrimizi yaşatmağa çağırdılar.
Ədəbi-bədii kompozisiya uşaqların oxuduğu Fərrux Qocayevin eyniadlı şerinə Bəxtiyar Kərimovun bəstələdiyi "Nə gözəldir mənim Qaxım" mahnısının sədaları altında yekunlaşdı.

{nl}


İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında