Nəticələr sevindiricidir

{nl}

Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, hesabat iclasları dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili barədə "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq, Təhsil Nazirliyi mərkəzi aparatının əməkdaşlarının 2010-cu il ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin daha səmərəli təşkili ilə əlaqədar verilən müvafiq əmrə əsasən keçirilir.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bundan sonra nazirliyin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinləniləcək.
İclasda Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas vəzifə və funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata görə, ötən il şöbə tərəfindən nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün illik fəaliyyət planı hazırlanıb. Şöbə müdiri bildirib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" sənəd hazırlanıb, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən müvafiq qərar imzalanıb.
Ölkənin ümumtəhsil məktəblərində mövcud vakansiyaların ümumiləşdirildiyi və təhlil olunaraq dövlət sifarişinin hazırlandığını qeyd edən şöbə müdiri əlavə edib ki, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib və işə qəbulla bağlı reqlament nazirliyin internet saytında yerləşdirilib. Bir sıra proqram və layihələrin icrası istiqamətində görülən işlərdən bəhs edən F.Qədirov, eyni zamanda, ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə ötən il şöbənin nəzdində Əlavə təhsil sektorunun yaradıldığı, bununla bağlı sənədlərin hazırlandığı və müvafiq tədbirlərin həyata keçirdiyi barədə məlumat verib, qarşıda duran vəzifələri nəzərə çatdırıb.
Sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov illik hesabatında qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı fəaliyyət göstərən bu idarə 3 şöbədən ibarətdir.
S.Məmmədov qeyd edib ki, ölkəmizin 500 təhsil müəssisəsində kompyuter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. İdarə rəisi ümumilikdə 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov öz hesabatında ümumtəhsil məktəblərində çalışan müəllimlərin İKT bacarıqlarının artırılmasından, müvafiq sahədə aparılan işlərdən və bu istiqamətdə mövcud olan problemlərdən danışıb.
Konfransda hər iki hesabatla əlaqədar sual və təkliflər səsləndirilib.
Tədbiri yekunlaşdıran təhsil naziri Misir Mərdanov Təhsil sisteminin informasiyalaşdırması idarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqədə işləmələrini tövsiyə edib və hər iki şöbənin qarşısında duran vəzifələri nəzərə çatdırıb.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında