ATMU-nun əlaqələri genişlənir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan və Avropa universitetləri arasında əlaqələr möhkəmlənir

 

Azərbaycan Turizm və Menecment Universitetində İspaniya Krallığının Jirona Universitetinin nümayəndələri ilə Avropa Birliyinin Tempus proqramı layihəsi çərçivəsində görüş keçirilmişdir. Qeyd edək ki, Jirona Universiteti 2014-ci ildən etibarən həmin proqramın “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr--magistr hazırlığı” layihəsində ən fəal üzvlərindən birinə çevrilmişdir.

Tempus proqramı çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova, Rumıniya, Portuqaliya, Fransa və İspaniya Krallığının turizm sənayesi üzrə ixtisaslasan müxtəlif təşkilat və ali təhsil müəssisələri qarşılıqlı formada əməkdaşlıq edirlər. Layihənin əsas təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbi, əsas koordinatoru isə Fransanın Qrenobl Akademiyasıdır. Layihənin həyata keçirilməsinin əsas məqsədi otelçilik ixtisası üzrə ali təhsil proqramlarının təkmilləşdirilməsi və otelçilik menecmenti ixtisası üzrə perspektivli bakalavr və magistratura pilləsi üçün programların hazırlanmasıdır. Görüş çərçivəsində ATMU və Jirona Universiteti arasında ikili diplom ilə  bağlı niyyət protokolu imzalanmışdır.

Görüşün sonunda qərara alınmışdır ki, iki ay müddətində əməkdaşlığın forması tam olaraq hər iki universitetin müvafiq qurumları tərəfindən müəyyən edilsin və əsas əməkdaşlıq müqaviləsi üçün hazırlansın.

 

Lüsern forumundan qayıtmışlar

 

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Elmira Hacıyeva başda olmaqla universitetin bir sıra əməkdaşları İsveçrənin Lüsern şəhərində keçirilmiş Lüsern Dünya Turizm Forumu 2017 çərçivəsində “Think Tank”adlı tədbirdə iştirak etmişlər.

Səyahət, turizm və qonaqpərvərlik sahələrində liderlərin görüşdüyü platforma rolunu oynayan forumun  əsas mühazirəçiləri BMÜTT-nin baş katibi Taleb Rifai, İsveçrə Federal Departamentinin İqtisadi əlaqələr, Təhsil və Tədqiqat sahələri üzrə rəhbəri federal müşavir Yohann N.Şnayder-Ammann, Deutsche Hospitality təşkilatının baş icraçı direktoru Puneet Çhatval və digər tanınmış təşkilat və şirkətlərin yüksək rütbəli nümayəndələri olmuşlar.

Forum çərçivəsində keçirilmiş “Gənc istədadlar” adlı tədbirdə ATMU-nu təmsil edən Azərbaycan-Avstriya Turizm Proqramının ikili diplom layihəsi üzrə təhsil alan 3-cü kurs tələbəsi Tamilla Nağıyeva turizmdə davamlı inkişaf naminə elektron biletlərin tətbiq edilməsinin vacibliyini əks etdirən mühazirə ilə çıxış etmişdir. Dörd günlük tədbirin son günündə təşkil  edilmiş  mədəni proqram çərçivəsində ATMU nümayəndələri, o cümlədən 70-dən çox ölkədən olan 600-ə yaxın iştirakçı İsveçrənin mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq üçün təşkil edilmiş  ekskursiyalara qatılmışdır.

Universitetin nümayəndə heyəti İsveçrədə onlara göstərilən münasibətdən razı qaldıqlarını, forumdan  məmnunluq hissi və böyük təəssüratla qayıtdıqlarını bildirmişlər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında