BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işləri genişlənir

Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi mayın 6-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ilə görüşüb. 

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən danışıb.  BDU-nun Misir universitetləri ilə əməkdaşlığından bəhs edən rektor, eyni zamanda, ərəb dili və ədəbiyyatı üzrə kadr hazırlığı, Azərbaycan-ərəb elmi məktəbləri barədə də məlumat verib.

 Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi BDU ilə tanışlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin daha da inkişaf etdirilməsinə dəstək verəcəklərini söyləyib.

Görüşdə BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, birgə konfransların keçirilməsi məsələləri müzakirə olunub.

Sonda misirli qonaq universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında