Təhsil Nazirliyində illik hesabat yığıncağı keçirilmişdir

Yanvarın 6-da Təhsil Nazirliyində strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu ilə dair illik hesabatı dinlənilmişdir.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, nazirliyin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinləniləcəkdir. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov rəhbərlik etdiyi şöbənin əsas vəzifə və funksiyalarından, ötən il şöbə tərəfindən nazirliyin üçillik strateji planı və 2010-cu il üçün illik fəaliyyət planının hazırlanmasından danışmışdır. Ölkənin ümumtəhsil məktəblərində vakansiyaların ümumiləşdirildiyini və təhlil olunaraq dövlət sifarişinin hazırlandığını qeyd edən F.Qədirov bildirmişdir ki, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilmişdir. 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilmiş və işə qəbulla bağlı reqlament nazirliyin internet saytında yerləşdirilmişdir.
Proqram və layihələrin icrası istiqamətində görülən işlərdən bəhs edən F.Qədirov ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə ötən il şöbənin nəzdində əlavə təhsil sektorunun yaradıldığını diqqətə çatdırmış, görüləcək işlərdən danışmışdır. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Samir Məmmədov ölkəmizin 500 təhsil müəssisəsində kompyuter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələrin yaradıldığını, ümumilikdə 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırmışdır. M.Mərdanov Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə əlaqəli şəkildə işləməsini tövsiyə etmiş hər iki şöbənin gələcək vəzifələri haqqında danışmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında