Təhsil Nazirliyi 2016-cı ildə görülmüş işlərə yekun vurub

Mayın 1-də Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak ediblər.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, əvvəlcə 2016-cı ildə təhsil sahəsində həyata keçirilən tədbirlər və yeniliklərlə bağlı “Təhsil” televiziyasının hazırladığı videoxronika nümayiş olunub. Daha sonra təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev sahənin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib.

 Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb, belə görüşlərin təhsildə dəyişikliklərin aparılmasında mühüm əhəmiyyətini qeyd edib. Nazir təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini bildirib. Bu prosesdə hesabatlılığın və şəffaflığın təmin edilməsi isə əsas şərtdir.

Təhsil Nazirliyinin son illər apardığı islahatlar çərçivəsində vətəndaş məmnuniyyətinin təmin edilməsinə, təhsilin əlçatan olmasına və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə önəm verildiyini açıqlayan Mikayıl Cabbarov, həmçinin təhsildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlərin görüldüyünü deyib. Məzunların zəruri kompetensiyalara malik olmasının vacibliyindən danışan təhsil naziri bildirib ki, onların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün qurumlar arasında kadr hazırlığı, uzunmüddətli dəyərləndirmələrin hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq edilməsinə ehtiyac var.

Mikayıl Cabbarov son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini vurğulayıb. Nazir qeyd edib ki, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır.

Tədbirdə çıxış edən millət vəkilləri və təhsil ekspertləri son illər təhsil sahəsində müsbət dəyişikliklərin müşahidə olunduğunu, cəmiyyətin məlumatlandırılması baxımından bu tədbirin əhəmiyyətini qeyd edib, həmçinin rəy və təkliflərini bildiriblər.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında