Azərbaycan tarixinin və günümüzün Heydər Əliyev dərsləri

Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonunun orta məktəblərində ilin əvvəlindən start götürmüş  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranslar  finişə yaxınlaşır. 6 saylı məktəbin pedaqoji kollektivinin təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ikinci ildir ki, keçirilən şagird araşdırmaları aksiyasının hədəfi dövlətçilik tariximiz, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin  həyat və fəaliyyəti ilə  önəmli bağlılığı olan bu mövzunu yeni nəsil üçün aktuallaşdırmaqdır.

Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində növbəti konfrans Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə keçirilmişdir. Yuxarı sinif şagirdlərinin tarixi mövzuda referatlarının təqdim olunduğu məclisi  giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Həsənova hər  bir insanın öz ölkəsinin  tarixini dərindən bilməsinin zəruriliyini,  ulu öndər Heydər Əliyevin bu məsələyə həmişə həssaslıqla yanaşdığını vurğulamış, böyük rəhbərin yalnız keçmişimizi mükəmməl bilməklə  gələcəyə aydın və düzgün yolla getməyin mümkünlüyü barədə tövsiyəsini  şagirdlərə xatırlatmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin zəngin irsini və ulu öndərin misilsiz ibrət məktəbi saydığı, qəhrəmanlıq səhifələri ilə daim öyündüyü Azərbaycan tarixini dərindən öyrənməkdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaranan çağdaş əfsanəvi yüksəlişə daha yaxından bələd olmaqda bu aksiyanın önəmli rolu ötənilki konfranslar zamanı ciddi təsdiqini tapdı. Rayon məktəbliləri builki konfranslara daha həvəslə qoşulublar. Onların yeniyetmə qəlbində böyük əks-səda doğuran “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusu çevrəsində bənzərsiz mülahizələr, öyünclü duyğular ərsəyə gəlir. Səbail Rayon İcra Hakimiyyəti ötənilki kimi, budəfəki konfransların da ən yaxşı çıxışlarını ayrıca toplu halında ictimaiyyətə təqdim edəcək.

Sonra yeniyetmə tarixçilər Azərbaycanın şanlı keçmişinin müxtəlif  məqamları,  ulu öndər Heydər Əliyevin, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin çağdaş Azərbaycan tarixindəki liderlik mövqeləri, quruculuq missiyaları barədə elmi məqələlərlə çıxış etmiş, müəllim və şagirdlərin mövzu, onun qaynaqları, günümüzlə bağlılığı barədə suallarını cavablandırmışlar.

Münsiflər heyəti ən yaxşı çıxışları yaxın günlərdə keçiriləcək ümumrayon konfransına təqdim etmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında