Azərbaycanda qəzalı məktəb qalmayacaq

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünun sosial-iqtisadi yekunları və qarşıda  duran  vəzifələrə həsr olunmuş iclasında dövlət başçımızın  çıxışını diqqətlə izlədim. Dünyanın  maliyyə böhranı  içərisində  yaşadığı  bir dövrdə  Azərbaycanın  qazandığı  uğurlar məni  ürəkdən sevindirdi.

 Ən əsası  budur ki,  belə bir  şəraitdə Azərbaycanda  sosial layihələr də  kənarda  qalmır.  Məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri inşa olunur, yeni iş yerləri yaradılır. Mən  müəlliməm, ona görə də məktəb tikintisi ilə bağlı  cənab Prezidentin fikirləri  diqqətimi daha çox çəkdi: “Sosial infrastruktur layihələri icra edilir. Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır. Bakı şəhərində məktəblərin böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər də öz həllini tapır”.

Əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulan müstəqil Azərbaycanın təhsil siyasəti bu gün  uğurla davam etdirilir. Son illər  ölkəmizdə təhsil sahəsi sürətlə inkişaf etmiş, milli təhsilimizin dünyaya inteqrasiyası sürətlənmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar məktəb tikintisi və köhnə məktəblərin əsaslı  təmirinin də  sürətlənməsini təmin etmişdir. Bu  gün də  Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir. Yeni tikilən,  əsaslı təmir olunan məktəblərin sayı  ilbəil  artır.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə  Bakıda  və  regionlarda   yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəb binaları  tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Məktəb tikintisi ilə bağlı qəbul olunmuş  dövlət  proqramları  bu sahədə  sürətli inkişafı təmin etmişdir.  Eyni  zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə, eyni zamanda, mövcud məktəblərin əsaslı təmirinə xüsusi diqqət yetirilir.

Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində görülən işlər  nəticəsində  ikinövbəli məktəblərin sayı  xeyli azalmışdır.

Ümumilikdə son illər Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu, əlbəttə çox əlamətdar  haldır. Hazırda qəzalı məktəblərin  təmiri və yenidən  qurulması diqqət mərkəzindədir. Yaxın gələcəkdə  ölkəmizdə  bir dənə də qəzalı məktəb qalmayacaq.

Yadigar HƏSƏNOV,
Əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında