Gənclər dini radikalizm təhlükəsindən qorunur

Bakı Slavyan Universitetində (BSU)Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatı keçirilib. Bu barədə BSU-nun  mətbuat xidməti məlumat yayıb.

Filmin nümayişindən sonra çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Mübariz Qurbanlı gəncləri dini radikalizmin təsirlərindən qorumaq sahəsində bu sənədli filmin böyük maarifləndirici əhəmiyyəti olduğunu qeyd edib. Komitə sədri bildirib ki, Dövlət Komitəsi “Fitnə” sənədli filmini gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq məqsədilə hazırlayıb. Radikalizmlə mübarizə istiqamətində gənclərə bir sıra tövsiyələr verən Mübariz Qurbanlı  radikalizmin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərindən söz açıb. O, filmin davamı olaraq “Şəhadət” adlı filmin çəkiləcəyini də diqqətə çatdrıb, tələbələri maraqlandıran sualları cavablandırıb.

BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxışında bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib. Rektor Azərbaycanda hökm sürən stabilliyi, dinc yaşayışı vurğulayaraq, ərazilərimizi düşmən tapdağı altında qoyub yad ölkələrə döyüşə gedən gəncləri öz Vətəninın keşiyində durmağa səsləyib. Nurlana Əliyeva ulu öndər Heydər Əliyevin kəlamını xatırladaraq deyib: “Mənəviyyat olmayan yerdə heç bir şey yoxdur!”

Sonda tələbələrin “Fitnə” filmi ilə bağlı fikirləri dinlənilib, ən yaxşı çıxış edən tələbəyə “Quran” hədiyyə edilib.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında