Misir səfiri Bilik Fondunun “Səfir saatı” klubunda

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib. Görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət  İqtisad, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment universitetlərinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov qonağı salamlayıb və gərgin iş qrafikinə baxmayaraq, gənclərlə görüşə gəldiyinə görə təşəkkürünü bildirib. Misirdə baş vermiş terror aktından təəssüfləndiyini deyən icraçı direktor səfirə başsağlığı verib.

2017-ci ilin ölkədə “İslam Həmrəyliyi ili” elan olunmasının dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına böyük təkan verəcəyini vurğulayan Oktay Səmədov “Səfir saatı” klubunun ilk qonağına bu işdə uğurlar arzulayıb.

  Xanım səfir Suzan Cəmil səmimi qarşılanmaya və diqqətə görə təşəkkürünü bildirib, xalqlarımız arasında qarşılıqlı hörmət və ehtiramın olmasını dilə gətirərək Bilik Fondunun “Səfir saatı” klubunun ilk qonağı kimi gənclərlə görüşdən məmnunluğunu ifadə edib. Misirin qədim tarixi və coğrafiyası haqqında klub üzvlərinə əhatəli məlumat verən səfir burada xristianlarla müsəlmanların yanaşı yaşamasını tolerantlığın göstəricisi kimi dəyərləndirib, təmsil etdiyi ölkənin xarici əlaqələrinin istiqamətləri barədə danışıb.

Xanım Suzan Cəmil diplomat fəaliyyəti, Misirin siyasi-iqtisadi əlaqələri, elmi və mədəni həyatı, Misir-Azərbaycan münasibətləri ilə bağlı gənclərin çoxsaylı suallarını cavablandırıb.

Bilik Fondunun gənc könüllüsü olan Sumqayıt məktəblisi Fidan Səfərova Misir motivləri əsasında kətan üzərində çəkdiyi rəsmi səfir Suzan Cəmilə hədiyyə edib.

Bilik Fondunun “Səfir saatı” klubunun əsas məqsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi ilə Azərbaycan və xarici ölkələrin müvafiq qurumları arasında elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasıdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında