Azərbaycan Texniki Universitetində vətənpərvərlik daim yüksək səviyyədə olub

Azərbaycan Texniki Universitetində (AzTU) vətənpərvərlik daim yüksək səviyyədə olub.

AZƏRTAC xəbər verir ki, bunu AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov aprelin 7-də universitetdə aprel döyüşlərinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Ötən əsrin 90-cı illərində, eləcə də sonrakı mərhələlərdə Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçmiş məzunlar haqqında danışan X.Yahudov bildirib ki, aprel döyüşləri Azərbaycanın şanlı tarixidir. Döyüşlər nəticəsində ordumuz Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib, ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq hərbçisi yaralanıb.

Sonra AzTU-nun televiziya studiyasında hazırlanmış, universitetin şəhid məzunlarına həsr olunan film nümayiş etdirilib.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar.

AzTU-nun məzunu, Milli Qəhrəman Fariz Qəhrəmanov və hazırda universitetdə təhsil alan Milli Qəhrəman Zabit Quliyev bu ali təhsil ocağında gənclərlə hərbi-vətənpərvərlik mövzusunda aparılan işləri yüksək dəyərləndiriblər.

Şəhid məzun, Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayev, aprel döyüşlərində şəhid olmuş məzunlar Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin Mirzəyev və Müşfiq Orucovun valideynləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Onlar Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış övladları ilə qürur duyduqlarını vurğulayıblar.

Tədbir iştirakçıları universitetin həyətində şəhid məzunların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında