Şərurun Zeyvə kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Şərur rayonunun müasir məktəbləri sırasına biri də əlavə olunmuşdur. Zeyvə kəndində 612 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə məktəbin müəllimi Xeyrənsə Əsgərova demişdir ki, istifadəyə verilən məktəb binası 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində pedaqoji kollektivə, şagirdlərə ən qiymətli hədiyyədir. Ulu öndərimiz Heydər Əliyevin təhsilə qayğı siyasəti muxtar respublikada əzmlə və yaradıcılıqla davam etdirilir. Təkcə 2010-cu ildə Şərur rayonunda iki yeni məktəb binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır. Natiq demişdir: "Zeyvə kəndi muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur. Ötən illər ərzində burada icra nümayəndəliyi, bələdiyyə yaradılmış, kəndin sosial problemləri həll edilmiş, həkim ambulatoriyası üçün yeni bina istifadəyə verilmiş, kənd mərkəzi, ticarət mərkəzi tikilmiş, 2,5 kilometrlik kəndarası yola asfalt salınmış, artezian quyusu qazılmış və digər tədbirlər həyata keçirilmişdir.
Kənd orta məktəbinin nailiyyətləri də qənaətbəxşdir. Belə ki, 2009-2010-cu tədris ilində məktəbin 35 məzunundan 7-si ali məktəblərə daxil olmuşdur. Onların 3-ü 500-700 arası bal toplamışdır. Orta və əsas təhsil bazasından 3 məzun orta ixtisas məktəblərinə, 3 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Bundan başqa, məktəbin bir müəllimi "Ən yaxşı müəllim" adına layiq görülmüşdür.
Ali Məclisin sədri ulu öndərimiz Heydər Əliyevin bu sözlərini xatırlatmışdır: "Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir". Ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz müharibə vəziyyətində yaşasa da, qaçqın və məcburi köçkünlərimiz olsa da, təhsilə yüksək diqqət göstərilir. Məktəblər tikilir, onlar müasir avadanlıqla təchiz olunur. Müəllimlər yaradılmış şəraitdən düzgün istifadə edərək nailiyyətləri daha da artırmalı, məktəbin muxtar respublikamızın nümunəvi məktəbləri sırasındakı yerini möhkəmləndirməlidirlər.
V.Talıbov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış olmuşdur.
Üçmərtəbəli məktəb binasında 34 sinif otağı, kimya-biologiya kabinəsi, 2 elektron lövhəli sinif, hərbi kabinə, 2 kompyuter otağı, kitabxana və idman zalı fəaliyyət göstərəcəkdir.
Həmin gün Zeyvə kəndində Ticarət Mərkəzi və Şərur rayonunda 10 əlil ailəsi üçün tikilmiş fərdi evlər istifadəyə verilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında