Dövlət İdarəçilik Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təntənəli yığıncaq keçirilmişdir.
Yığıncağı akademiyanın tədris işləri üzrə I prorektoru professor Əlikram Abdullayev açaraq, zəngin hadisələrlə yadda qalan yola saldığımız ilin ölkəmiz üçün çox uğurlu olduğunu diqqətə çatdırdı. O, 2010-cu ildə əldə olunan uğurlardan söhbət açdı. Bu uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində ötən bir il ərzində ölkəmizdə görülmüş işlərin əhəmiyyəti xüsusi vurğulandı. Ə. Abdullayev həmçinin ulu öndər Heydər Əliyevin başladığı işlərin davamı olaraq, əlamətdar günlər sırasında öz məna və əhəmiyyətinə görə mühüm yer tutan, artıq hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd etdiyimiz bu bayramın yaranma tarixindən danışdı. Bildirdi ki, ulu öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan etmiş və bu barədə sərəncam imzalamışdır. Sonrakı illərdə isə bu günün dünya azərbaycanlılarının milli bayramına çevrilməsi üçün xüsusi səy göstərmişdir. Bir toplum kimi dünya azərbaycanlıları qarşısanda duran vəzifələr məhz qüdrətli şəxsiyyət Heydər Əliyev tərəfindən aydın və dəqiq müəyyənləşdirilmişdir. Ulu öndər qarşıya mühüm bir vəzifə kimi qoymuşdur ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ilk növbədə öz milli kimliklərini dərk etməli, Azərbaycanın dilinə, mədəniyyətinə, milli adət ənənələrinə böyük hörmət və ehtiramla yanaşmalı, qorumalı və inkişaf etdirməlidirlər.
Ə.Abdullayev qeyd etdi ki, hər bir xalqın güclü, təşkilatlanmış diaspora malik olmasını həmin xalqın həyatında mühüm əhəmiyyət kəsb etdiyini prioritet vəzifə hesab edən tarixi şəxsiyyət Heydər Əliyevin göstərdiyi bütün səylər artıq öz bəhrəsini vermişdir. Onun ideyalarını davam etdirən möhtərəm Prezident İlham Əliyevin dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimizin sıx birliyi naminə gördüyü işlərin nəticəsi olaraq hazırda Azərbaycan diasporu təşkilatlanmış və öz fəaliyyətini daha da gücləndirmişdir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü işin nəticəsi olaraq bu gün xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 300-ü ötmüşdür. Dövlət başçımızın bu sahədəki fəaliyyəti yüksək qiymətə layiqdir. Ə.Abdullayev çıxışının sonunda akademiyanın professor-müəllim heyətini, tələbələri və bütün kollektivi qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkə Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxundu. Sonra ilin ən yaxşı tələbələrinə müxtəlif mükafatlar təqdim edildi.
Tədbir tanınmış incəsənət ustalarının və akademiyanın tələbələrinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatdı.{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

Foto Mir SADİQİNDİR

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında