Tibb Universitetində soyqırımı qurbanları ehtiramla yad edildi

 Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Yara” sənədli filminin təqdimatı olub.

Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmana əsasən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bununla bağlı ATU-da “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, jurnalist Emil Lətifoğlunun layihəsi əsasında soyqırımı qurbanlarına həsr edilən “Yara” sənədli filmi universitetin professor-müəllim heyəti, xarici və yerli tələbələr, həm də dəvət olunmuş qonaqlar üçün nümayiş etdirildi.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri, Xocalıdan olan məcburi köçkün Ayna Allahyarqızı bir Xocalı sakini kimi, yaddaşına həkk olan hadisələrdən danışdı.

ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək, Azərbaycana qarşı törədilən soyqırımlar haqqında ümumi məlumat verdi: “Azərbaycan xalqı çox zülmlərə dözüb. Bu gün bizim üçün ən ağır günlərdən biridir. XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımlarını, qətliamları, demək olar ki, heç bir xalq yaşamayıb”.

 “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu da həmin faciəli günlərlə bağlı yaşadıqlarını bölüşdü. Bildirdi ki, bu cür filmlərin çəkilməsi və nümayişi çox önəmlidir, xüsusən də gənclər belə filmlərə baxmalı, soyqırımı haqqında məlumatlı olmalıdır.

“Yara” sənədli filminin layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansızlıqlardan faktlarla söz açdı.

Filmin ssenari müəllifi və rejissoru Emil Lətifov qeyd etdi ki, biz bu sənədli filmi çəkərkən, sanki yenidən o faciələri yaşadıq, ürək ağrısı ilə qəlbimizin süzgəcindən keçirdik.

Tədbirdə ATU-nun insan anatomiyası kafedrasının professoru, tibb üzrə elmlər doktoru Mübariz Allahverdiyev çıxış edərək, bütövlükdə Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı yönəldilmiş Xocalı soyqırımını öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı adlandırdı. Hamını bu soyqırımı aktlarını unutmamağa və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda əllərindən gələni etməyə səslədi.

“Qafqaz media” İctimai Birliyinin və eyni adlı saytın rəhbəri Hacı Azadə Taleh çıxış edərək, erməni vandalizmini lənətlədi və soyqırımına həsr etdiyi şeirini oxudu.

Daha sonra ATU-nun tələbələri, II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Nuranə Mənsimzadənin ifasında Xalq şairi Cabir Novruzun “Sevin Azərbaycani”, tibbi-profilaktika fakültəsinin II kurs tələbəsi Taleh Qasımovun ifasında Xalq şairi Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeirləri səsləndirildi.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında