“Kitab at” – UNEC-in Novruz yeniliyi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni “Kitab at” kampaniyasına başlayıb. “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və universitetin könüllü tələbələrinin iştirakı ilə həyata keçirilən layihəyə uyğun olaraq, Novruz bayramı günlərində 15 min kitab hədiyyə olunub.

Mart ayının 13-dən 19-na kimi davam edən prosesdə Bakıda 7 min, Gəncədə 5 min, Lənkəranda isə 3 min kitab hədiyyə edilib. Kitablar içərisində dünya və uşaq ədəbiyyatı nümunələri, klassiklərin əsərləri üstünlük təşkil edib. Prosesə UNEC-in 300 tələbəsi ilə yanaşı, Lənkəran Dövlət Universitetinin tələbələri və Gəncə şəhər
YAP Gənclər Təşkilatının könüllüləri də qatılıb.

Marağı nəzərə alaraq, “Kitab at” kampaniyasının hər il keçirilməsi, gələcəkdə kitab sayının artırılması, ölkədə fəaliyyət göstərən universitetlerin, orta məktəblərin və bütün tədris müəssisələrinin də prosesə cəlb edilməsi nəzərdə tutulub.

İdeyanın məqsədi oxucularda mütaliə mədəniyyətini aşılamaq, onların kitaba və kitabxanaya olan həvəslərini daha da artırmaq, Novruz bayramında kitab oxumaq vərdişini gündəmə gətirməkdir.

Elnarə Ömərova

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında