BP-nin növbəti layihəsi

Bakı Ali Neft Məktəbi (BANM), BP və Twenty Eighty Strategy Execution şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Layihələrin idarə olunması məktəbinin” (School of Project Management-SPM) açılış mərasimi keçirilib. Tədbirdə BP-nin və SOCAR-ın rəhbərliyi, SPM-in məzunları, işgüzar cəmiyyətlərin - AMCHAM (Amerika Ticarət Palatası), BBG (Britaniya Biznes Qrupu), AHK (Almaniya-Azərbaycan Ticarət Palatası) nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qonaqları salamlayaraq layihə haqqında qısa məlumat verib.

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında qeyd edib ki, təhsil müəssisələri ilə aparıcı şirkətlərin əməkdaşlıq etməsi bu gün çox aktualdır. “Layihənin bu yeni dövründə biz icraçı tərəf qismində çıxış edən, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcəyik. Ümidvarıq ki, bu yeni əməkdaşlarla “Layihələri idarəetmə məktəbi” daha böyük nailiyyətlər qazanacaq”.

Rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin BP şirkəti ilə geniş əməkdaşlığından söz açaraq, BANM-in transmilli şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Xatırladıb ki, BANM-də idarəçilik məktəbinin yaradılması üçün gələcəkdə işgüzar mühitdə çalışacaq hər bir fərd əlverişli imkanlarla təmin ediləcək. “Layihələrin idarə olunması məktəbi”nin BANM-də fəaliyyəti bu ali məktəbin nailiyyətlərinin bir daha tanınması deməkdir və fəxrlə qeyd etmək istərdik ki, bilikləri ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən təsdiq ediləcək SPM-in məzunları məhz bizim təhsil müəssisəmizdə belə yüksək biliklərə yiyələnəcəklər”.

Twenty Eighty Strategy Execution şirkətinin proqram meneceri Ed Hyuz BANM-də tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Xatırladıb ki, “Layihələrin idarə olunması məktəbi”nin iştirakçısı olan hər bir mütəxəssis layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı qazanacaqlar.

Çıxışlardan sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında