Cəmil Bahadur oğlu Quliyev

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Cəmil Bahadur oğlu Quliyev 2010-cu il dekabrın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Cəmil Quliyev 1927-ci il dekabr ayının 16-da Ağdam şəhərində anadan olmuşdur. O, 1944-cü ildə orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1946-cı ildən Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirən Cəmil Quliyev 1949-cu ildə bu universitetin tarix fakültəsini bitirmiş, 1949-1952-ci illərdə isə həmin ali təhsil ocağının aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1952-ci ildə indiki Bakı Dövlət Universitetində başlayan Cəmil Quliyev burada müəllim və dosent vəzifələrində çalışmışdır. Bununla yanaşı, eyni zamanda, 1953-cü ildən etibarən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun baş elmi işçisi olmuş, 1958-ci ildən isə bu İnstitutda elmi hissə üzrə direktor müavini vəzifəsini tutmuşdur. O, 1972-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix İnstitutuna direktor təyin edilmiş və burada 1978-ci ilədək uğurla çalışmışdır.
1975-ci ildən Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olan Cəmil Quliyev ömrünün on üç ilini Azərbaycan Ensiklopediyasının yaradılmasına həsr etmişdir. O, 1976-cı ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş və 1990-cı ilədək bu vəzifədə çalışmışdır. 1988-1989-cu illərdə o, Azərbaycan Dövlət Universitetinin rektoru işləmişdir. Cəmil Quliyev 1990-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, 2007-ci ildən etibarən isə Milli Elmlər Akademiyasının müşaviri olmuşdur.
Cəmil Quliyev 1952-ci ildə namizədlik, 1971-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. 1974-cü ildə onun tarix sahəsində həyata keçirdiyi tədqiqatlar Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.
Cəmil Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınırdı. O, Azərbaycanın müasir tarixi baxımından əhəmiyyət kəsb edən dövrlərin bir çox problemlərinin tədqiqi ilə bağlı kitab və monoqrafiyaların, 400-ə yaxın məqalənin müəllifi olmuşdur. Onun rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət "Azərbaycan Sovet Ensiklopediyası", iki cildlik "Uşaq Ensiklopediyası", "Naxçıvan Ensiklopediyası" və yeddi cildlik "Azərbaycan tarixi" işıq üzü görmüşdür. Bacarıqlı elm təşkilatçısı kimi Cəmil Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri təqdirə layiqdir.
İyirmi ilə yaxın bir müddətdə doktorluq dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın sədri olan Cəmil Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirmişdir. Onun bilavasitə rəhbərliyi altında yetişən tədqiqatçılar bu gün də tarix elminin müxtəlif sahələrində uğurlu araşdırmalar aparırlar. Alim bir sıra beynəlxalq konfrans və simpoziumlarda çıxışları ilə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir. Cəmil Quliyev respublikanın ictimai həyatında yaxından iştirak edərək X-XI çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Tarixçi alim Cəmil Quliyevin yarım əsrdən artıq dövrü əhatə edən elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Tanınmış alim, təcrübəli pedaqoq və gözəl elm təşkilatçısı Cəmil Bahadur oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!{nl}

İlham Əliyev,
Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə
Mahmud Kərimov, Misir Mərdanov, Şəmsəddin Hacıyev
Abel Məhərrəmov, Nailə Vəlixanlı, Tofiq Nağıyev
Ağamusa Axundov , İsmayıl Hacıyev,
Yaqub Mahmudov, Oqtay Əfəndiyev

{nl}

Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il dekabrın 28-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binasında (İçərişəhər, Böyük Qala küçəsi, 41) qoyulacaqdır.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında