Akademik Həsən Əliyev məzunu olduğu Aqrar Universitetdə yad edilib

Vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan elmində əbədi iz qoyan şəxsiyyətlər sırasında akademik Həsən Əliyevin xüsusi yeri var. Akademik keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alimlərdən olub. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib.

AZƏRTAC xəbər verir ki, bu sözlər Aqrar Universitetdə görkəmli təbiətşünas alim, respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunan elmi-nəzəri konfransda səsləndirilib.

Konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanan tədbirlər planına əsasən “Akademik Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunu əhatə edib.

 Tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında deyib ki, akademik Həsən Əliyev bu ali təhsil ocağının məzunudur və əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunaraq səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edib. Həsən Əliyevin elmi əsərləri ilə Azərbaycanda ekologiya, təbiəti mühafizə sahəsində böyük xidmətlər göstərdiyini deyən universitetin rektoru bildirib ki, ömrünü xalqının xoşbəxtliyi naminə sərf edən bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı gələcək nəsillər üçün əsl tərbiyə və nümunədir.

“Akademik Həsən Əliyevin XX əsr Azərbaycanın korifey alimləri ilə birgə əsasını qoyduğu istiqamətlər bu gün elmimizin simasını müəyyən edir. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri onun rəhbərliyi ilə formalaşıb. Müasir dövrün üz-üzə qaldığı qlobal problemlərdən biri də təbiətin mühafizəsidir. Planetimizin elə guşələri var ki, təbiət haray çəkir. Akademik Həsən Əliyev təbiətin harayına yetən alimlərdən idi. Onu tanıyanlar deyirlər ki, Həsən Əliyev təbiəti doğma balası qədər sevirdi. Torpağın, təbiətin ürəyinə sancılan hər bir oxu ilk duyan, ilk "həyəcan təbili"ni vuran akademik Həsən Əliyev olub” - deyə universitetin rektoru qeyd edib.

Konfransda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Botanika, Coğrafiya institutlarının alimləri Həsən Əliyev haqqında xatirələrini bölüşüblər. Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, ADAU-nun kafedra müdirləri Musa Bayramov, Arif Hüseynov və Zaur Hümbətov, professor Zakir İbrahimov, IV kurs tələbəsi Vüqar İsmayılzadə məruzələrlə çıxış ediblər.

Universitetin aqronomluq fakültəsinin ərazisində salınan və akademik Həsən Əliyevin adını daşıyan “Dendroloji park” da yubileyə kollektivin töhfəsi kimi qiymətləndirilib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında