Böyük Britaniyanın xarici işlər nazirinin müavini ADA Universitetində məruzə ilə çıxış edib

Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Bakıda səfərdə olan bu ölkənin xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonald martın 6-da ADA Universitetində məruzə ilə çıxış edib.

S.Makdonald çıxışında Azərbaycan ilə Böyük Britaniya arasında əldə edilmiş razılaşmalara əsasən, çoxlu sayda Britaniya şirkətinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğulayıb.

Son illər Azərbaycanda həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışan britaniyalı diplomat neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və s. məsələlərə toxunub.

Böyük Britaniyanın Cənubi Qafqaz ölkələri ilə sıx iqtisadi münasibətlər qurduğunu bildirən S.Makdonald “Brexit”dən sonra da bu münasibətlərdə dəyişikliklər olmayacağını deyib. O, buna misal olaraq BP şirkətinin Azərbaycandakı fəaliyyətini göstərib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan britaniyalı diplomat problemin danışıqlar vasitəsilə həll olunacağına inandığını bildirib. “Biz münaqişənin həlli ilə bağlı danışıqlar prosesini dəstəkləyirik. Fikrimcə, münaqişənin həlli ilə bağlı tərəflər arasında razılıq əldə oluna bilər”, - deyə o, əlavə edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında