Gəncədəki Mikayıl Müşfiq adına məktəb yeni görkəmdə

Gəncədə yenidən qurulub istifadəyə verilən məktəblərin sayı durmadan artır. Xüsusilə son 6 ildə bir-birinin ardınca o qədər yeni təhsil ocaqları istifadəyə verilib ki, sadalamaqla qurtaran deyil. Özü də bu binalarda şagird və müəllimlər üçün hər cür şərait yaradılır.

Bu günlərdə şəhərdə daha bir təhsil ocağı– M.Müşfiq adına 14 nömrəli orta məktəb  əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri, şagirdlər və valideynlər iştirak etmişlər.

Məktəbin direktoru  Elnur Qasımov açılış mərasimində çıxış edərək bildirmişdir ki, 2015-2016-cı tədris ilində bu məktəbi 66 şagird bitirib və onlardan 60 faizi ali məktəblərə daxil olub.Burada tədris Azərbaycan və rus dillərində aparılır. Təhsil ocağının işçilərinin sayı isə ümumilikdə 119 nəfərdir. Onlardan 98 nəfəri pedaqoji heyətdir.

Məktəbin 8-ci sinif şagirdi Tacirə Qurbanzadə təhsil ocağının əsaslı şəkildə təmir edilərək istifadəyə verildiyi üçün ölkə rəhbəri İlham Əliyevə şagird yoldaşları adından minnətdarlığını bildirib. O, bu diqqət və qayğının müqabilində təhsildə daha yüksək göstəricilərə nail olacaqlarına, Vətənə layiqli övlad kimi yetişəcəklərinə söz vermişdir.

Məktəbin valideyn komitəsinin sədri Gülnar Nəsirova yaradılan şəraitə görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlığını  bildirmişdir.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik etmişdir. Şəhər rəhbəri demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə və təhsil işçilərinə çox böyük diqqət və qayğı göstərmələri Gəncənin də bu qayğıdan hərtərəfli bəhrələnməsinə imkan yaratmışdır. İcra hakimiyyətinin başçısı bildirmişdir ki, günü-gündən gözəlləşən və inkişaf edən şəhərimizdə aparılan genişmiqyaslı tədbirlər, buradakı inkişaf cənab Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Elmar Vəliyev vurğulamışdır ki, dövlət proqramına uyğun olaraq, yaxın vaxtlarda Gəncədə 1 nömrəli orta məktəbin, 1 və 2 nömrəli peşə məktəblərinin, 1 nömrəli  peşə liseyinin əsaslı şəkildə təmirdən sonra təntənəli açılışı olacaqdır.

Elmar Vəliyev məktəbin tikintisində iştirak edən işçi heyətinə təşəkkür etmiş və hədiyyələr vermişdir.

Şagirdlərin iştirakı ilə məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbərliyi məktəbdə yaradılan şərait və dərs prosesi ilə yaxından tanış olmuşdur.

Məlumat üçün qeyd edək ki,  M. Müşfiq adına 14 nömrəli tam orta məktəb 1975-ci ildən fəaliyyət göstərir. Məktəb 1076 şagird yerlikdir və üçmərtəbəli olmaqla, 2 korpusdan ibarətdir. Ümumtəhsil ocağının 54 sinif otağı var.

Uzun illər M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri aparılmadığından o yararsız hala düşmüşdü. Burada əsaslı təmir işlərinə keçən il başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Məktəbin hər 2 korpusunda aparılan əsaslı təmir işləri nəticəsində binanın dam örtüyü dəyişdirilmiş, iclas və idman zalları, 54 sinif otağı, o cümlədən 2 informatika, 3 laboratoriya otaqları ən müasir avadanlıqla təchiz edilmiş, müasir istilik sistemi quraşdırılmışdır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında